Erməni içkipuluna görə anasının başına döyərək öldürdü - foto
Bizi izləyin

Qırmızı.az

Erməni içkipuluna görə anasının başına döyərək öldürdü - foto

Erməni içkipuluna görə anasının başına döyərək öldürdü

Ermənistan sakini 45 yaşlı Armen anasını öldürdüyünə görə istintaqa cəlb olunub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Armen oğlu ilə görüşmək üçün boşandığı həyat yoldaşının evinə gedib. Ancaq həyat yoldaşı onun sərxoş olduğunu görərək uşağa yaxınlaşmağa qoymayıb və evdən çıxardıb.

Evə qayıdan Armen anasına ac olduğunu və yemək istədiyini bildirib. Anasının mağazaya getdiyini görən Armen ondan araq almağı da tələb edib. Qoca ana öz oğlunu "alkoqolik" adlandırıb ki, bu da dava-dalaşa səbəb olub.

Armen öz anasının başına dəfələrlə yumruq vurmağa başlayıb. Qadın başından aldığı zərbələrdən yerində keçinib. Ona qarşı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm