Qırmızı.az
Azərbaycan mədəniyyəti Finlandiyada
"YUĞ” Teatrının kollektivi Finlandiyanın İmatra şəhərində keçirilən “Ağ və Qara” Beynəlxalq Teatr Festivalına dəvət alıb. Teatrdan Publika.Az-a verilən məlumata görə, teatr kollektivi ölkəmizi bu festivalda F.Kafkanın əsərləri əsasında hazırlanan “Kafkadan salam” tamaşası ilə təmsil edəcək. “Düşünürəm ki, bu festivalda məhz “YUĞ” Teatrının iştirakı və məhz “Kafkadan salam” tamaşasının nümayişi məntiqli seçimdir. “YUĞ” Teatrıının “Kafkadan salam” tamaşası ilə küçə tamaşasından opera və baletə qədər ən müxtəlif janrda hazırlanmış tamaşaların qatılacağı Finlandiya “Ağ və Qara” Beynəlxalq Teatr Festivalında Azərbaycanı uğurla təmsil edəcəyinə zərrə qədər də olsa, şübhəm yoxdur. “YUĞ”-un dünya miqyasında analoqu olmayan poetikasını Avropa teatr məkanında geniş təbliğ etməyin, tanıtmağın vaxtı çoxdan yetişib”, - deyə teatrın mətbuat katibi Elçin Cəfərov bildirb.
Xatırladaq ki, “Ağ və Qara” Teatrı tərəfindən təşkil olunan
festival Finlandiyada yaşayan həmvətənimiz, teatr və kino rejissoru
Kamran Şahmərdanın təşəbbüsü ilə yaradılıb. Hər ilin may-iyun
aylarında Finlandiyanın İmatra şəhərində keçirilən festival hazırda
dünya miqyasında böyük nüfuz qazanıb. Festivalda Azərbaycan,
Belçika, Keniya, Polşa, Böyük Britaniya, Rumıniya, İsrail, İran,
Avstriya, İtaliya, Portuqaliya, Almaniya, Türkiyə, Ukrayna,
Bularus, Rusiya və Estoniyadan ən müxtəlif üslubda çalışan teatr
kollektivləri iştirak edir.
Qeyd edək ki, tamaşanın süjeti spritik seans üzərində qurulub:
Spiritik seansda Frans Kafkanın ruhunu çağırırlar. Ruh peyda olur,
amma və lakin spiritizmin qaydalarını pozaraq, spiritlərin ona
verdiyi sualları özlərinə qaytarır.
Tamaşada “YUĞ” Teatrının aktyorları Əməkdar artistlər Fərhad
İsrafilov (Ata), Sonaxanım Mikayılova (Ana), Məmmədsəfa Qasımov
(Oğul), Gülzar Qurbanova (Qadın), Vidadi İsmayıl (Dadı), aktyorlar
Yaqut Paşazadə (Bacı), Hikmət Rəhim (Animus) və Ruslan Şöhrətoğlu
(Frans K.) çıxış edirlər.
Tamaşanın ideya qurğusu Kafkanın əsərlərinin paradiqması üzərində
qurulub. Teatrın mövqeyinə görə, Frans Kafka öz üzərində heç bir
hakimiyyəti qəbul etməyən seçilmişlərdəndir. Özü də heç kimin
üzərində hakim olmaq istəməyib, yaradıcılığı ilə insanları yalnız
“salam”a, sülhə, barışığa çağırır.
Familoğlu
Publika.Az
-
Hadisə13:05
Politoloq Azər Qasımlı saxlanıldı
-
Hadisə12:15
Azərbaycanda qulağına səslər gələn 33 yaşlı kişidən DƏHŞƏTLİ ƏMƏL: həyat yoldaşını...
-
Dünya11:55
Türkiyədə yaşayan suriyalılar Əsədin devrilməsini belə bayram edirlər - FOTOLAR
-
Dünya11:35
Ərdoğanın qızından Suriya paylaşımı: Bayraq detalı diqqət çəkdi
-
Ekologiya11:25
Bu ərazilərdə qar yağır - Faktiki hava
-
Yaxın Şərq10:36
Üsyançılar Suriyada “İnsan qəssabxanası” adlı həbsxanadan məhbusları azad etdilər
-
Yaxın Şərq09:48
Suriyada Əsədin atasının daha bir abidəsi AŞIRILDI - ANBAAN VİDEO
-
Əmlak09:36
İpoteka ilə ev almaq istəyənlərə SEVİNDİRİCİ XƏBƏR: gələn ildən... - VİDEO