Müxalifət nümayəndəsi: “Xarici jurnalistlər təkcə musiqi yarışması ilə maraqlanmırlar...“
Bizi izləyin

Qırmızı.az

Müxalifət nümayəndəsi: “Xarici jurnalistlər təkcə musiqi yarışması ilə maraqlanmırlar...“

Azərbaycana "Eurovision" musiqi yarışmasını izləməyə gələn jurnalistlərin xeyli hissəsi müsabiqədən əlavə siyasi proseslərə də maraq göstərirlər. Publika.Az-a açıqlamasında AXCP sədrinin müavini, İctimai Palatanın Mətbuat Mərkəzinin koordinatoru Razi Nurullayev mərkəzə olan ehtiyacı əsaslandırarkən belə deyib.

Razi Nurullayevin sözlərinə görə, həmin jurnalistləri Azərbaycan müxalifəti, alternativ siyasi baxışlar, ölkədəki insan hüquqları barədə məlumatlandırmaq məqsədi seçiblər: "Artıq bu istiqamətdə xeyli iş görülüb. Mətbuat Mərkəzimizə gələn xarici jurnalistlərə müxalifətin də baxışlarını əks etdirən məlumatlar verilir. Hesab edirik ki, Azərbaycan müxalifəti haqqında xarici jurnalistlərə heç vaxt düzgün məlumat çatdırılmayıb".

Razi Nurullayev bildirib ki, mərkəzin fəaliyyəti üçün önəmli vəsait tələb olunmur: "Müsavat Partiyası informasiya mərkəzini kompüterlə təmin edib. Mətbuat Mərkəzinin koordinatorları olan Leyla Mustafayeva və mən könüllü çalışırıq".

Razi Nurullayev qeyd edib ki, müsabiqə bitdikdən sonra Mətbuat Mərkəzinin taleyi barədə İctimai Palatanın Koordinasiya Şurası qərar verəcək.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm