Qırmızı.az
Qubada çeçenlər qəzaya düşdü: 2 ölü, 6 yaralı
Ötən gün axşam saatlarında Quba rayonunda dəhşətli qəza hadisəsi baş verib.
Hadisə Bakı-Quba-Rusiya dövlət sərhəddi yolunun Quba rayonu, Paşaoba kəndi ərazisində qeydə alınıb. 99 BA 788 dövlət nömrə qeydiyyatlı “Mersedes Vita” markalı avtomaşınla 10 DE 509 dövlət nömrə nişanlı VAZ 2107 markalı nəqliyyat vasitəsi toqquşub.
Quba Mərkəzi Rayon Xəstəxanasından APA-nın yerli bürosuna verilən məlumata görə, qəzaya düşənlərin 6-sı Rusiya Federasiyası, Çeçenistan Respublikasının sakinləridir. 1978-ci il təvəllüdlü İsayeva Zaida Sedreddinoviç hadisə zamanı dünyasını dəyişib. Rusiya vətəndaşı olan digər 5 nəfər – 23 yaşlı İsakova Larisa Aleksandrovna, 26 yaşlı Luisa Biddilova, 1972-ci il təvəllüdlü Manatarova Larisa Baxayevna, 1967-ci il təvəllüdlü Bustayeva Luiza Şaxayevna, həmçinin VAZ 2107-nin sərnişini, 1973-cü il təvəllüdlü Bakı şəhər sakini Süleymanov Kamil Gülrza oğlu Quba MRX-na yerləşdirilib.
VAZ 2107-nin sürücüsü Cəfərov Zümrəddin Minacəddin oğlu da
hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarsinin istintaq və təhqiqat
bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı