Radio bulvarda studiya açdı - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Radio bulvarda studiya açdı - FOTOLAR

Bu yaxınlarda bir yaşını qeyd edən "Araz-103.3 FM" radiosu daha bir yeniliyə imza atıb. Azərbaycan radio efiri tarixində ilk dəfə əsas studiyadan kənarda - Park Bulvarda radionun növbəti studiyası istifadəyə verilib.

Publika.Az-ın məlumatına görə, yeni studiyadan "Araz-103.3 FM" vasitəsilə canlı yayımlanan açılış mərasimi radionun baş direktoru Şamxal Həsənlinin qırmızı lentin kəsməsi ilə başlayıb. Radionun baş redaktoru Səxavət Nur yeni studiyanın ərsəyə gəlməsində rolu olan insanlara və "Araz FM" pərəstişkarlarına təşəkkür edib.

Park Bulvarın piar meneceri Günay Malikqızı yeni layihədə radio kollektivinə uğurlar arzulayıb. Studiyanın açılışında bir çox tanınmış müğənnilər və şou-biznes simaları iştirak edib.

Yeri gəlmişkən, bu yaxınlarda aparıcı Səxavət Nurun təqdimatında "Araz FM" və Xəzər TV-nin birgə layihəsi olan "İmza Mən" verilişinin çəkilişləri də yeni olacaq.

Səxavət Nurun sözlərinə görə, yeni verilişdə əcnəbi ulduzlar və yerli sənətçilərimiz çıxış edəcək. Onların pərəstişkarları ilə imza günləri keçiriləcək. İlk verilişin qonağı Türkiyədən dəvət olunmuş və Azərbaycanda çox sevilən sənətçilərdir.

Lalə Yusifqızı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm