Qırmızı.az
Jurnalistlər üçün 60 min manatlıq müsabiqə
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu “Azərbaycan media məkanında ədəbi dilin qorunması”və “Jurnalist peşəkarlığının artırılması” mövzusunda yeni layihə müsabiqəsi elan edib.
Publika.Az xəbər verir ki, müsabiqə fondu 60 000 (altmış min) manat təşkil edir və 3 istiqamət üzrə həyata keçirilir:
1 Azərbaycan tele-radio məkanında ədəbi dilin qorunması - 20 min manat
2 Azərbaycan mətbuat məkanında ədəbi dilin qorunması - 20 min manat.
3 Jurnalist peşəkarlığının artırılması - 20 min manat.
Bildirilib ki, layihə müsabiqəsində dövlət qeydiyyatından keçmiş, söz və məlumat azadlığı, KİV-lərin inkişaf etdirilməsi, jurnalist fəaliyyətinin təkmilləşdirilməsi sahəsində azı 1 illik təcrübəsi olan, layihələr icra etmiş jurnalist təşkilatları iştirak edə bilərlər.
Layihələrin qiymətləndirilməsi üçün aşağıdakı meyarlar əsas götürülür:
- layihənin məqsədinin aydınlığı və konkretliyi;
- layihənin fəaliyyət planının inandırıcı olması;
- layihənin büdcəsinin reallığı;
- ərizə formasının, layihə və ona əlavə olunmuş sənədlərin müsabiqə qaydalarına və tələblərinə uyğunluğu;
- layihə təqdim etmiş jurnalist təşkilatının KİV-lərlə iş təcrübəsinə malik olması;
- layihə təqdim etmiş jurnalist təşkilatının Bakı şəhərində normal iş şəraitinə malik ofisinin olması
KİV DF-dən bildirilib ki, hər qurum bir layihə təqdim edə bilər. Müsabiqəyə sənədlərin qəbulu 12 may 2012-ci il tarixində başlayır və 25 may 2012-ci il tarixlərində başa çatır. Layihənin müddəti 6 ay nəzərdə tutulub. Sənədlər rəsmi iş günləri saat10.00-dan 16.00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ofisində qəbul edilir. Ərizə yalnız Fondun təsdiq etdiyi formada, müvafiq əlavələrlə, Azərbaycan dilində çap və elektron variantda (diskdə, Times New Roman şriftində) təqdim edilməli və Fondda qeydiyyatdan keçməlidir. Layihə təklifləri ilə bağlı nəticələr haqqında izahat verilmir, müsabiqəyə təqdim olunmuş sənəd və materiallar geri qaytarılmır.
Publika.Az
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya23 Aprel 21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO