“Londan taksi“lərinin aeroporta buraxılmaması ilə bağlı gizli faktlar – Özəl
Bizi izləyin

Qırmızı.az

“Londan taksi“lərinin aeroporta buraxılmaması ilə bağlı gizli faktlar – Özəl

Publika.Az-a verilən məlumata görə, bu Nəqliyyat Nazirliyi ilə Azərbaycan Hava Yolları QSC-nin (AZAL) yüksək vəzifəli məmurları arasındakı soyuq münasibətlərlə bağlıdır.

Məlumatla bağlı AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli ilə əlaqə saxladıq.

O, xəbərin doğru olmadığını söylədi. Bildirdi ki, "London taksiləri" digər taksilərlə yanaşı, aeroport ərazisində vətəndaşlara xidmət göstərir:

"Sərnişinlərin aeroportdan şəhərə, şəhərdən aeroporta daşınmasında heç bir problem yoxdur".

Məmurlar arasındakı problemlərə gəlincə isə M.Səfərli bildirdi ki, bu haqda birinci dəfədir eşidir.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovla gün ərzində dəfələrlə əlaqə saxlamağa cəhd etsək də, bütün cəhdlərimiz uğursuz alındı.

Amma "bənövşəyi taksilərin" sürücüləri bildirirlər ki, onlara maşını aeroport ərazisində saxlayıb müştəri gözləmək qadağan olunub. Buna görə də, Bakıya gələn qonaqları ilk olaraq köhnə taksilər qarşılayırlar.

Günay Muradlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm