Vegetarianlıq nə deməkdir və ya ət insan qidasıdırmı?- Araşdırma
Bizi izləyin

Qırmızı.az

Vegetarianlıq nə deməkdir və ya ət insan qidasıdırmı?- Araşdırma

"Vegetarian" sözünün mənası latıncadan tərcümədə "sağlam, gümrah, möhkəm" deməkdir. Bu anlamda vegetarianlıq ruhi və fiziki cəhətdən inkişafdır. Maraqlıdır ki, son illər inkişaf etmiş ölkələrdə milyonlarla insanın vegetarian qidalanmaya - yəni, bitki mənşəli kulinariyaya üstünlük verməsi müşahidə olunur. Səbəb nədir?

Ət haqda əfsanə

Azərbaycan kulinariyasının əsasən ət, un və şəkər üzərində qurulması çoxsaylı xəstəliklərin yaranmasında mühüm rol oynayır. Son elmi araşdırmalar sübut edir ki, məhz bu qidalar daha çox zərərlidir. Yəni, dietoloqların fikrincə, orqanizmə yağlar və zülaldan daha çox vitaminlər, minerallar və karbohidratlar lazımdır. Bunlar isə ətin yox, bitkilərin tərkibində var.

Azərbaycanda demək olar ki, hər kəs yemək deyəndə ət xörəyini nəzərdə tutur, qalan bütün ərzaqlar onun yanında çərəz sayılır. "Bir gün ət yeməyəndə özümü ac hiss edirəm"-deyənləri yəqin ki, hamımız tanıyırıq.

Çoxlarına elə gəlir ki, ət ona güc verir, orqanizmini mohkəmləndirir. Əslində isə, bu güclənmə araq içən adamın "guclənməsinə" bənzəyir. Bu gün belə bir yanlış düşüncə formalaşıb ki, ət yemədən güc toplamaq, iş qabiliyyətini saxlamaq, hətta yaşamaq belə mümkün deyil. Lakin elm əksini deyir. Buna şübhə edənlər üçün ət yeyilməsi prosesini nəzərdən keçirməyə ehtiyac var.

"Bir çox təhlükəli xəstəliklər məhz ətdən yaranır"

Əti qaynatmadan yemək çox təhlükəlidir. Hazırki dövrdə əksər heyvanların ətində çox sayda təhlükəli mikrob və bakteriyalar olur ki, bunlar da kabab, dönər, kolbasa, qızartma kimi yeməklərlə orqanizmə keçir. Bunlardan 4-ü hətta qaynadıqda belə ölmür. Məhz bu üzdən, çiy küftənin dəbdə olduğu Türkiyədə xərcəng və digər xəstəliklər tüğyan edir.

Gələk ətin çeynənməsi məsələsinə. Həkim-terapevt Kamal Qarayev prosesi belə izah edir: "Ətin çeynənməsi dişlərə çox böyük zərbə vurur. Dişlər həddən artıq yüklənir ki, bu da onların tez sıradan çıxmasına səbəb olur. Ət özü ilə birlikdə yeyilən digər qidaların da yaxşı çeynənməsinə mane olur ki, bu da mədəyə əlavə problem yaradır.

Ət insan mədəsində çox gec həzm olunur. Əgər meyvə-tərəvəz yarım saata, düyü 1 saata, yumurta və vələmir yarması 1 saat 20 dəqiqəyə, təzə süd 2 saata həzm olursa, ət 5-6 saata həzm olur. Məhz bu hal, yəni ətin mədədə həzmə getmədən çox qalması halı insanda yalançı "toxluq" ovqatı yaradır. Amma qan damarlarımız məhz belə vaxtlar korluq çəkir, xeyli vaxt lazımdır ki, mədəyə düşmüş yağlı ət həzm olunsun, yoğun bağırsağa tökülsün və qana sorulsun.

Yoğun bağırsağa düşmüş ətin böyük hissəsi qana sorula bilmir və nəticədə uzun müddət orada qalaraq çürüyür. Bu isə bakteriyalar üçün zəngin ziyafət süfrəsidir. Bir çox təhlükəli xəstəliklər məhz bu prosesdən sonra qan vasitəsilə bütün bədənə yayılır".

Uşaqlara və xəstələrə ət yedirtmək olarmi?

Həkimin fikrincə, ətlə birlikdə bişirilən qidalara ətin tərkibindəki bütün zərərli maddələr keçir. O üzdən də hətta, yeməyin ətini yeməyib, məsələn kartofu, suyu, göyərtini yemək belə həmin maddələrin orqanizmə zərər verməsinə səbəb olur.

"Ətin tərkibində kulli miqdarda muxtəlif ekstraktiv, toksinlər, xolesterin və s. zərərli maddələr mövcuddur və onlar əsəb sisteminə cox pis təsir göstərir. Heç təsadüfi deyil ki, ət yeyən insanlar arasında nevrasteniya, cinsi pozğunluq, ürək, mədə və digər orqanların xəstəlikləri daha çox olur. Kababı sevənlər bilməlidirlər ki, ətin tərkibindəki parazit-yumurtalar insan orqanizmində qarşısı alınmaz fəsadlar əmələ gətirir"- mütəxəssis deyir.

Ümumiyyətlə, son tibbi araşdırmalıara görə, əksər körpələr məhz ət xörəklərinin böyük "xidmətləri" sayəsində tez-tez xəstələnirlər. Odur ki, bu sahədə nüfuzlu alimlər (Katsuzdo Nişi, Pol Breqq, Herbert Şelton və s) 7-8 yasa catana qədər onlara ət, ət suyu, yumurta verməyi məsləhət görmürlər.

Dünya Səhiyyə Təşkilatı ətin xərçəng, şəkər və digər xəstəliklərin əsas yaradıcılarından biri olduğunu élan edib. Ümumiyyətlə, xəstəyə ət, şirniyyat, ağ çörək, turşu və duzlu şeylər yedirtmək, spirtli içkilər içirtmək ona ən böyük zərər vermək deməkdir. Bu "qidalar" nəinki xəstəyə, heç sağlam adama da məsləhət deyil.

"Natural qidalanma xəstəliklərin düşmənidir"

Qidalanma məsələləri üzrə ekspert, Ekoloq Jurnalistlər Birliyinin sədri Cəmşid Bəxtiyarın sözlərinə görə, son illərdə aparılan araşdırmalar göstərir ki, alkoqolizm və siqaret çəkmədən sonra, ölümün əsas səbəblərindən biri də ət məhsulları ilə qidalanmadır. "Ət vasitəsilə insan bədəninə daxil olan xolesterin qan damarlarının divarlarında yığılaraq ürəyə qan axınını azaldır ki, bu da öz növbəsində, yüksək qan təzyiqinə, ürək çatışmazlığına və insula gətirib çıxarır.

Araşdırmalara görə, ət məhsulları ilə daha çox qıdalanan 25 ölkənin 20-da xərçənglə xəstələnmə faizi çox yüksəkdir. Eyni zamanda, ətlə az qidalanan və ya ümumiyyətlə ət yeməyən 35 ölkənin əhalisində xərçənglə xəstələnmə faizi çox aşağıdır".

Mütəxəssis deyir ki, elm qidanın psixologiyaya ciddi təsirini çoxdan sübut edib. "Adi müşahidələr göstərir ki, vegetarianlar fiziki və mənəvi cəhətdən tam sağlam, sülhpərvər və şən olurlar. Güclü intellektə, uzun ömrə malik olan vegetarianlar hər cür xəstəliyin öhdəsindən gəlirlər.

Çünki, orqanizmə lazım olan çoxsaylı vitaminlər, zülallar, yağlar, minerallar, karbohidratlar və sair maddələr bitki mənşəli qidalarda daha zəngin tərkibdə olduğundan vegetarianların immunitet sistemi çox güclü olur. Bu gün dünyada idmançıların da bir hissəsi vegetarianlığa üstünlük verirlər".

Ekoloq deyir ki, ət sənayesi və heyvandarlığın süni artırılması ekologiyaya da ciddi zərər vurur- meşələri məhv edir, torpaqları şoranlaşdırr, içməli suyun ifrat istifadəsinə səbəb olur, hətta ozon təbəqəsini zədləyir.

İnsan orqanizmi ət yemək üçün deyil

Sağlamlıq və qidalanma üzrə nüfuzlu mütəxəssislərin çoxu bu qənaətdədir ki, sağlam qidalanmanın əsas şərti ilk növbədə ət və ət məhsullarından imtina etmək, yalnız bitki mənşəli təbii qidalardan istifadə etməkdir. Natural qidalanma, yəni qeyd olunan maddələrinin birbaşa ilk mənbədən- təbiətdən alınma prosesi sağlam həyat tərzinin əsas şərtidir.

Ümumiyyətlə, insanın mədə-bağırsaq sistemi- mədə şirəsinin tərkibi, bağırsağın uzunluğu, həmçinin dişlərin quruluşu və s. orqanları ətlə qidalanma üçün nəzərdə tutulmayıb. Bir sözlə, insan öz orqanizminin fizioloji və təbii tələblərini nəzərə almağa məcburdur.

Maraqlıdır, vegetarian olmaqla möhkəm sağlamlığa nail olmaq, xəstəliklərin qarşısını almaq olarmı? Elm son zamanlaradək bu suallara qeyri-müəyyən cavab verirdi, amma vegetarianlığın tərəfdarları uzun illərdir ki, bunu əyani surətdə sübut ediblər.

Son zamanlar həkimlər də etiraf edirlər ki, ürək-qan-damar, mədə-bağırsaq və xərçəng xəstəliklərinin törəməsi əsasən ətlə qidalanmanın nəticəsidir. Hazırda sübut olunub ki, vegetarian qidalanmaya keçəndən sonra ürək-qan-damar, mədə-bağırsaq və xərçəng xəstəliklərinin 97%-nin qarşısı alınır.

Vegeterianlar arasında ürək-damar sistemi problemlərinə 30, xərçəng xəstəliyinə isə 40% daha az təsadüf olunur. Hipertoniyada bu qidalanma sistemini seçənlər üçün problem deyil.

Bunları xarici ölkələrdəki həkimlər öz pasiyenlətinə çatdırır, bizdə isə əksər həkimlər bunda maraqlı deyil, yəqin bəziləri düşünürlər ki, insanlar sağlam olsalar, onların bazarı bağlanar.

"Vegetarianlıq- fiziki və mənəvi sağlamlıqdır"

Qeyri-rəsmi məlumatlara görə, dünyada vegetarian qidalananların sayı 1 milyarddan çoxdur. Azərbaycanda analoji statistika aparılmayıb, amma müşahidələrə əsaslanıb bu göstəricinin 1000-nin altında olduğunu söyləmək olar. Bu şərti minliyə daxil olan Elnur Bayramov deyir ki, vegetarianlıq sadəcə pəhriz demək deyil, bu, həm fəlsəfi, həm də mənəvi cəhətdən harmonik həyat tərzidir.

"Vegetarianlar "əvvəlcə öz qəlbindəki zorakılıq meylindən azad olmalı, daha sonra sülhsevər cəmiyyət barədə düşünməli" həqiqətini anlamış insanlardır. Təsadüfi deyil ki, cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri, əsasən də ziyalılar öz həqiqət axtarışlarının sonunda vegetarian olublar"- vegetarian məsələyə humanizm tərəfindən giriş verir.

Azərbaycanlı vegetarian, qidalanmada formalaşmış səhv düşüncə tərzinin dəyiməsinə ehtiyac olduğunu deyir: "İnsan oğlunun nəfsi başına bəla olduğundan elə zənn edir ki, bu dünyada canlı və ya cansız "dişə dəyəsi" nə varsa onun üçün qida yaranıb.

Baxmayaraq ki, müqəddəs kitablarda bunun belə olmadığı təsbit edilib;

• "sizə başınızın üstündəkiləri və ayağınızın altındakıları ruzi göndərdik" (Tövrat),

• "ət yemək və şərab içmək ən böyük günahlardandır", "öldürmə!" (İncil),

• "böyük günahkarlar insanlara ət yeməyi öyrətdi" (Avesta),

• "günahsız heyvanları qətlə yetirmək və ya onların cəsədini yemək ən böyük günahlardandır" (Baqavad-Qita),

• "Sizə leşi, qanı, Allaha qurban kəsilməyən heyvanın əti haram buyurulub" (Quran),

E.Bayramov bu məsələ ilə bağlı böyük müdriklərin məsləhətlərinin də nədənsə qulaqardına vurulduğunu deyir:

"Sizə bir neçəsini xatırladım - "mədənizi heyvanların qəbiristanlığına döndərməyin!" (Tolstoy),

"insanın qıdası yalnız bitkilərdir" (Sokrat),

"heyvanlara etdiyiniz zülm bağışlansaydı, hamınız bağışlanardınız" (Məhəmməd peyğəmbər).

Görürsünüzmü müdriklər açıq şəkildə hər şeyi izah ediblər, amma bu sözləri vecinə alan kimdi, "daşdan yumşaq" nə varsa ötürürük qarnımıza".

Sağlamlığın sirri- natural qidalanma

Gerçəkdən də, qida məhsullarının kimyəvi tərkibi ilə insan orqanizminə tələb olunan maddələrin syahısını tutuşduranda ortaya maraqlı mənzərə çıxır. Bəs hansı qidaların tərkibində daha çox xeyirli maddələr var? Gəlin nüfuzlu elmi mərkəzlərin təsdiq etdiyi bu cədvələ nəzər salaq:

Zülal hər 100 qram

•ətdə 20

•soyada 43

•süd və qaymaqda 40

•paxlalılarda 30-35

•qarpız tumunda 34

•yerfındığında 26

•pendirdə 24

•badamda 21 qram təşkil edir.

Karbohidrat hər 100 qram

•ətdə 0

•şəkərdə 99

•balda 80

•üzüm kişmişində 75

•qarğıdalı, buğdada 70

•noxud, lobyada 60

•mərcidə 55

•qaymaqda 50

•düyüdə 48

•kartofda 22 qram təşkil edir.

Yağlar hər 100 qram

•ətdə 2-5

•kərə yağında 100

•bitki yağında 100

•qoz və fındıqda 65

•pendirdə 25

•qatıqda 20

•düyüdə 16 qram təşkil edir.

Minerallar hər 100 qram

•ətdə 1

•xamada 7

•düyüdə 7

•soyada 5

•pendirdə 4

•paxlalılarda 4

•badamda 3

•buğdada 3

•qatıqda 3

•kərə yağında 3 qram təşkil edir.

Hər 100 qramda enerji (kilokalori ilə)

•ətdə 100-200

•bitki yağında 910

•kərə yağında 900

•qozda 667

•badamda 655

•yerfındığında 570

•soyada 432

•şəkərdə 400

•düyüdə 393

•balda 320

•taxıl bitk-də 300

•paxlalı bitk-də 360

•süd məhs-da 265 kkal. enerji var.

Ətdə sellüloz yoxdur, amma bitkilərdə çoxdur.

Bu cədvəldən insanın nə ilə qidalanmalı olduğu aydın görünür. Vitaminlərə gəldikdə isə A, B, C, K, E vitaminlərini yalnız bitkilərdən və yağlardan ala bilərsiniz. D vitamini həm ətdə, həm də bitkilərdə var. Amma D vitamini almaq üçün də ət yeməyə ehtiyac yoxdur, süd məhsullarında və dəniz bitkilərində var. Bədənə düşən bir neçə dəqiqəlik günəş şüası da tam kifayət edər.

Belə bir yanlış təsəvvür formalaşıb ki, bitkilərlə qidalanmaqla böyük gücə malik olmaq mümkün deyil. Faunaya nəzər salsaq görərik ki, ən güclü, ən dözümlü, ən dinc, ən çox işləyən canlılar (məsələn, fil, dəvə, öküz, at və s.) tamamilə vegetariandırlar.

Vegetarian dahilər

Qədim zamanlardan indiyədək vegetarian olmuş müdriklər ordusundan bəzilərinin adlarını nəzər salaq.

• Pifaqor,

• Sokrat,

• Platon,

• Kliment

• Aleksandrivski,

• Plutarx,

• Şah Aşoka,

• Leanardo Da Vinçi,

• Monten,

• Əkbər (Anvar),

• Con Milton,

• İsaak Nyuton,

• Emmanuel Svedanborq,

• Volter,

• Bencamin Franklin,

• Jan Jak Russo,

• Lamartin,

• Henri Devid Toro,

• Lev Tolstoy,

• Bernard Şou,

• Rabindranat Taqor,

• Albert Şveyster,

• Mahatma Qandi,

• Albert Eynşteyn,

• Ayətullah Xamneyi...

Siyahını kifayət qədər uzatmaq olar. Maraqlıdır ki, qədim mənbələrdə peyğəmbərlərin də ət yeməsi haqda məlumata rast gəlinmir".

Vegetarian məşhurlar

Tom Kruz özü və ailəsinin vegetarian olmasından çox məmnundur. Kruz ailəsinin mətbəxində yalnız və yalnız bitki mənşəli yeməklərdən istifadə edilir. Qeyri adi açıqlamaları ilə məşhur olan Kruz öz açıqlamalarının birində bildirib ki vegetarian tərzi sayəsində çoxdan əziyyət çəkdiyi disleksiyadan (oxumaq qabiliyyətinin aşağı olması) qurtula bilib.

Klaudio Şiffer ətdən imtina edib. O, qida rasionunda ət və toyuq məhsullarını çıxarsa da, balıq və süd məhsullarından istifadə etməkdə davam edir.

Pamela Andersonun ət yeyənlərə qarşı barışmaz münasibəti davam edir. Onun səyləri nəticəsində "Kentucky Fried Chicken" fast-food restoranlarında müştərilərə süni toyuq ətindən hazırlanan sendviçlər satılır. Uzun illər həmən restoranın nümayəndələri ilə məhkəmə zallarında görüşən aktrisa nəhayət ki istədiyinə çatıb.

***

Ümumiyyətlə, düzgün qidalanma, doğru həyat tərzi istər dövlət, istər ictimai təşkilatlar, istər də mütəxəssislər tərəfindən güclü təbliğ edilməli, insanlarımız bu sahədə maarifləndirilməlidir. Bununla milli genefondumuzu təhlükələrdən qoruya və sağlam cəmiyyət yarada bilərik.

Elçin Bayramlı

P.S. Yazıda dünya şöhrətli alimlər - Katsuzdo Nişi, Pol Breq, Herbert Şelton və digərlərinin elmi tədqiqatlarından, həmçinin, Dünya Səhiyyə Təşkilatının məlumatlarından istifadə olunub.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm