Qırmızı.az
YAP-çı deputat : “Ən qatı, radikal müxalifət də belə etməməlidir”
İctimai Palata (İP) Bakı şəhər icra hakimiyyətinin qarşısında icazəsiz piket keçirib. Aksiyanın yekunları ilə bağlı açıqlama verən İP Koordinasiya Şurasının üzvü Pənah Hüseyn bildirib ki, aksiya baş tutmuş hesab olunur.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı aksiya ilə bağlı Publika.Az-a fikirlərini bildirib. O qeyd edib ki, qanunun tələblərinə əməl etməyən aksiya təşkilatçıları haqda söz tapmaqda çətinlik çəkir: “İctimai Palatanın əsas məqsədi “Eurovision” mahnı müsabiqəsi ərəfəsində aranı qarışdırmaqdır. Bundan əvvəlki mitinqlərin keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palataya müvafiq yer ayırıb. Bəs indi niyə orada aksiya keçirməkdən imtina edirlər?
Qanunsuz aksiyaların keçirilməsinin ancaq bir adı var: "Ölkəmizin imicinə xələl gətirmək, mötəbər bir tədbirin keçirilməsi ərəfəsində qan qaraltmaq”.
Mitinqlərin “Eurovision” mahnı müsabiqəsi günlərində də keçiriləcəyi ilə bağlı İctimai Palatanın bəyanatlarına toxunan millət vəkili söyləyib ki, ən qatı, radikal müxalifət də belə etməməlidir: “Azərbaycanın nüfuzunun artırılması baxımından bir tədbir fürsət saymalıdır. Bu müsabiqəyə 40 ildir ev sahibliyi edə bilməyən ölkələr var. Azərbaycan isə bir neçə ildən sonra buna nail ola bilib. Mahnı müsabiqəsi zamanı aranı qarışdırmaq, asayişi pozmaq düz deyil”.
Ömər Əmirov
Publika.Az
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR
-
Dünya10:15
Bayden İsrailə bu İsrail şəhərinə hücumu qadağan etdi: Rusiya ələ saldı
-
Nida Xəbər 09:30
Bakıda bu ərazi sökülür - Sakinlər narazıdır
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi