Gülağa Aslanlı: “Mahnı müsabiqəsinə etiraz etmirik, amma...”
Bizi izləyin

Qırmızı.az

Gülağa Aslanlı: “Mahnı müsabiqəsinə etiraz etmirik, amma...”

“Bakıda “Eurovision” beynəlxalq musiqi yarışması ərəfəsində Müsavat Partiyası sürpriz aksiyalar keçirəcək”. Publika.Az-a danışan Müsavat başqanının müavini Gülağa Aslanlı aksiyaların hansı formatda olacağına dair indidən hər hansı açıqlama vermək niyyətində olmadığını söyləyib.

Dünən Müsavat Partiyasının qərargahında müxalifətin may ayı ərzində görə biləcəyi tədbirlər müzakirə olunub.

Müsavatın mətbuat xidmətinin yaydığı məlumata görə, planlaşdırmada partiya başqanı İsa Qəmbər, müavini Gülaga Aslanlı, başqanın müşavirləri və polittexnoloqlar iştirak ediblər. Toplantıda “Eurovision” ərəfəsində və mahnı müsabiqəsi günlərində müxalifətin reallaşdıra biləcəyi aksiyalar barədə təkliflər nəzərdən keçirilib.

Gülağa Aslanlı toplantıda müxtəlif variantların nəzərdən keçirildiyini desə də, konkret hansı texnologiyadan yararlanacaqlarını açıqlamayıb: “Mətbuat xidmətinin məlumatında da qeyd olunur ki, aksiyalar sürpriz olacaq. Biz “Eurovision”un Bakıda keçirilməsinə etiraz etmirik. Amma bəlli həqiqətdir ki, bu gün Azərbaycanda insan hüquqları pozulur, insanlar siyasi mövqeyinə görə təqib olunurlar. Belə bir mötəbər musiqi yarışması ərəfəsində də biz bunu dünya birliyinə nümayiş etdirmək niyyətindəyik”.

Azər Niftiyev

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm