Qırmızı.az
Baş prokurordan yenilik - vətəndaşları video-konfrans rejimində qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq prokurorluq
orqanlarında vətəndaşların qəbulu məsələlərinə xüsusi diqqət
göstərilməklə əhalinin müraciətlərinə qayğı ilə yanaşılması, ərizə
və şikayətlərə tam, hərtərəfli və obyektiv baxılması işinin daha da
təkmilləşdirilməsi və bu sahədə müasir informasiya-kommunikasiya
texnologiyalarının imkanlarından daha geniş istifadə edilməsi üzrə
ardıcıl və sistemli tədbirlərin görülməsi davam
etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən
Publika.az-a bildiriblər ki, Azərbaycanın Baş
prokuroru Zakir Qaralov dekabrın 19-da saat 10:00-da canlı bağlantı
ilə Lənkəran, Astara və Lerik rayonlarında yaşayan vətəndaşların
Lənkəran rayon prokurorluğunun inzibati binasında video konfrans
rejimində qəbulunu keçirəcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşların qeydiyyatı və Lənkəran şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar 18 dekabr 2014-cü il tarixədək yaşadıqları ərazi üzrə rayon və şəhər prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi