Müsavat Arif Hacılını gözləyir?
Bizi izləyin

Qırmızı.az

Müsavat Arif Hacılını gözləyir?

"Arif Hacılını və ya digərini Müsavat başqanı seçmək bizim haqqımızdır". Bunu Publika.Az-a Müsavat başqanının müavini Tofiq Yaqublu Arif Hacılının Müsavat başqanı gətiriləcəyinə dair yayılan məlumatları şərh edərkən bildirib.

Müsavat Partiyasının 2001-ci ildə keçirilən son qurultayında nizamnaməyə əlavə və dəyişikliklər edilib, bir şəxsin iki dəfədən artıq başqan seçilməsi yasaqlanıb. Nizamnaməyə görə, Müsavat qurultayının hər dörd ildən bir keçirilməsi vacibliyini nəzərə alsaq, İsa Qəmbər 2009-cu ildə yerini tərk etməli idi.

Ötən dövrdə yeni başqanın seçilməsini ləngidən amillərdən biri qurultayı keçirmək üçün yer problemidirsə, başqa bir amil də başqanlığa real namizəd olan Arif Hacılının hələ də həbsdə olmasıdır. İddialara görə, partiya qurultayı öz qərargahında keçirə bilər. Sadəcə, Arif Hacılının məhbəsdən çıxmasını gözləyirlər deyə müsavatçılar qurultayın tezləşdirilməsində bir o qədər maraqlı deyillər.

Müsavat başqanının müavini Tofiq Yaqublu səslənən iddiaları bölüşmür: "Əvvəla, İsa Qəmbərə yenidən başqan olmaq təklifi edildi. O, özü sözünün üstündə dayanaraq bu təklifdən imtina etdi. Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi qurultayın yeri ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə dəfələrlə müraciət edib. İsrarla qurultayın tezliklə keçirilməsinə şərait yaradılmasını tələb edirik. Bütün bunlar onu deməyə əsas verir ki, İsa Qəmbər yenidən Müsavat başqanı olmaq niyyətində deyil. O ki qaldı Arif Hacılını və ya digərini başqan seçməyə, bu bizim haqqımızdır".

Azər Niftiyev

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm