Millət vəkili dövlət qurumlarına çağırış etdi - Açıqlama
Bizi izləyin

Qırmızı.az

Millət vəkili dövlət qurumlarına çağırış etdi - Açıqlama

“Dövlət qurumları ictimai rəylə hesablaşmağa, mətbuatla işləməyə borcludurlar”. Bunu Publika.Az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən partiyasının (AVP) sədri Fəzail Ağamalı məmur-jurnalist münasibətlərindən danışarkən bildirib.


Millət vəkili Fəzail Ağamalı təklif edir ki, jurnalist təşkilatları, media qurumları bununla bağlı monitorinq aparsın və bu sahədə fəaliyyətsiz dövlət qurumlarının adı ictimaiyyətə açıqlansın:

“Belədə həmin dövlət qurumları da ictimai qınağı nəzərə alıb, geri çəkilmək məcburiyyətində qalacaqlar. Hesab edirəm ki, mətbuat orqanları ilə işləmək, təmsil olunduqları qurumun fəaliyyəti haqqında ictimaiyyəti müntəzəm tanış etmək dövlət qurumlarının vəzifə borcudur.

Bütün dövlət qurumlarının nəzdində mətbuat xidmətləri fəaliyyət göstərir. Təəssüf ki, onların bəzilərinin fəaliyyəti ümumiyyətlə hiss olunmur. Bununla yanaşı qeyd olunmalıdır ki, son illər bu sahədə də vəziyyət müsbətə doğru xeyli dəyişib”.

AVP sədri bəzi jurnalistlərin dövlət qurumlarının fəaliyyətinə qərəzli yanaşdığını əsas gətirərək, onları maksimum ehtiyatlı olmasını istəyib:

“Bəzən mətbuat orqanlarında dövlət məmurları haqqında aşağılayıcı ifadələr işlədilir. Həmin yazını qələmə alan jurnalist sonda dəqiqləşdirmə aparmağın mümkünsüz olduğunu qeyd edir. Başa düşmək lazımdır ki, dövlət qurumlarının fəaliyyəti müvafiq sahələr üzrə informasiyaya olan ehtiyacı təmin etməkdir, şəxsi həyatı haqqında açıqlamalar vermək deyil”.

Azər Niftiyev,
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm