
"Azərbaycan Demokrat Partiyası və Ümid Partiyasının təmsil olunduğu "Qarabağ" bloku İctimai Palata ilə əməkdaşlıq etmir və mitinqləri dəstəkləmir".
Bunu Publika.Az-a ADP sədri Sərdar Cəlaloğlu deyib.
Onun sözlərinə görə, müxalifətin mitinqləri müəyyən dərəcədə gündəmə təsir etsə də, bununla ölkədə siyasi dəyişikliklərin olacağını hesab etmir:
"Amma biz vətəndaş hüquqları baxımından öz üzvlərimizin aksiyaya qoşulmasına əngəl törətmirik. Məsuliyyəti də İctimai Palata daşıyır. Bu mənim mövqeyimidir. Ümid Partiyasına gəldikdə isə, İqbal Ağazadə İP-lə hər hansı səviyyədə əməkdaşlığın əleyhinədir".
O vurğulayıb ki, İctimai Palatanın təşkil etdiyi mitinqlərdə perspektiv görmür və mitinqin təşkilini siyasi mübarizənin başlıca forması hesab etmir:
"Düşünmürəm ki, aksiyalar keçirməklə çox şeyə nail olmaq olar. Biz o mitinqi dəstəkləmirik, siyasi partiya lideri kimi fikirlərim İP-dəki liderlərin fikirlərindən ayrılır".
Rüfət Əhmədzadə
Publika.Az