Gəncə sakini 2 azyaşlı uşağı ilə birgə intihara cəhd etdi
Bizi izləyin

Qırmızı.az

Gəncə sakini 2 azyaşlı uşağı ilə birgə intihara cəhd etdi

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub

FHN uşaqları ilə intihara cəhd edən kişi barədə məlumat yaydı.

Gəncə şəhərində 1 nəfər kişi 2 azyaşlı uşağı ilə beşmərtəbəli binanın damına çıxaraq intihara cəhd edib.

Publika.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu barədə nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, həmin şəxs özünü və uşaqlarını yaşayış binasının damında yandırmaq istəyir. Xilasedicilər hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşla müvafiq söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını alıblar. İntihara cəhd edən şəxslər aidiyyəti üzrə təhvil verilib.

Xilasetmə əməliyyatı saat 10:42-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm