“İnternet medianın sərhədləri bəlli deyil” - Mövqe
Bizi izləyin

Qırmızı.az

“İnternet medianın sərhədləri bəlli deyil” - Mövqe

“Yəqin ki, nə vaxtsa internet medianın da maliyyələşməsi məsələsi qətiləşcək”. Bunu Publika.Az-a açıqlamasında “mediaforum” saytının baş redaktoru Azər Qaraçənli xəbər saytlarının maliyyələşməsi ilə bağlı gündəmə gələn fikirləri şərh edərkən bildirib.

Son illər Azərbaycanda internet medianın rolu sürətlə artmaqdadır. Oxucuların informasiyanı daha çox xəbər saytlarından əldə etməsi portallara dövlət dəstəyi ilə bağlı məsələni aktuallaşdırıb.

Azər Qaraçənli hesab edir ki, nəinki Azərbaycanda, ümumiyyətlə bütün dünyada internet medianın sərhədləri bəlli deyil: “Hələ ki, xəbər portallarını digər internet saytlarından fərqləndirən mexanizm müəyyənləşməyib. Bu məsələ internet mediaya birmənalı münasibətin formalaşmasına əngəl yaradır. Bununla yanaşı etiraf olunmalıdır ki, oxucu daha çox informasiyanı məhz xəbər portallarından alır.

Hətta qəzetlərin özləri belə, əsas xəbərləri internet mediaya istinadən yayımlayırlar. Belədə internet media ilə bağlı müzakirələrin gündəmə gəlməsi təbiidir. Mətbuat Şurasına internet media ilə bağlı daxil olan şikayətlər, qurumun bununla bağlı öz tərkibində bölmə yaratması artıq xəbər portalları ilə hesablaşmaq ənənəsinin başlanğıcı sayıla bilər”.

İnternet medianın dövlət büdcəsindən maliyyələşməsinə münasibət bildirən Azər Qaraçənli hesab edir ki, ilk növbədə azad reklam bazarını formalaşdırmaq lazımdır: “Əlbəttə, azad reklam bazarı formalaşmayana qədər mətbuat orqanlarının dövlət büdəcsindən maliyyələşməsi tələblərinı anlayışla qarşılayıram. Lakin ölkədə azad reklam bazarı formalaşsa, bu halda həm qəzetlərin, həm də portalların asılılığına son qoyulmuş olar”.

Azər Niftiyev,

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm