Millət vəkilindən “Azərenerji“ rəhbərinə sərt ittihamlar
Bizi izləyin

Qırmızı.az

Millət vəkilindən “Azərenerji“ rəhbərinə sərt ittihamlar

Publika.Az-ın məlumatına görə, Hesablama Palatasının sədri Heydər Əsədovun Milli Məclisdə təqdim etdiyi hesabatın müzakirəsi zamanı Çingiz Qənizadə "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyi külli miqdarda yeyinti və korrupsiya hallarına yol verməkdə ittiham edib.

Çingiz Qənizadə öz çıxışında deyib ki, ötən il "Azərenerji" enerji stansiyalarının tikilməsi üzrə layihənin həyata keçirilməsi ilə bağlı bir Koreya şirkəti ilə müqavilə bağlamalı idi, lakin qeyri-müəyyən səbəblərə görə bu müqavilə "Azinko" ilə bağlanıb: "2011-ci ilin dekabrın 30-dək 10 rayonda su elektrik stansiyasının açılışı planlaşdırılırdı, lakin "Azerneji" nin səhlənkarlığı nəticəsində 3 stansiyada görülməli işlərin cəmi 15 faizi yerinə yetirilib, 7-si barədə isə heç bir məlumat yoxdur. İmişli rayonunda da böyük bir müəssisə tikilib, amma oranın işığı kəsilib. Ora getdim, məsələni həll etmədilər. Yalnız prezidentə məktub yazandan sonra məsələ öz həllini tapdı".

Çingiz Qənizadə vurğulayıb ki, Hesablama Palatasının Kollegiyasının aşkarladığı faktlar barədə hesabatı "Azərenerji"nin özünə yox, Respublika Baş Prokurorluğuna göndərilməlidir: "Burada milyonların yeyintisindən söhbət gedir. Nəyə görə, bir kiçik məmur min manat rüşvətə görə həbs oluna bilir, amma milyonlarla manatın aqibəti barədə heç bir tədbir götürülmür?".

Hesablama Palatasının sədri Heydər Əsədov isə jurnalistlərə bildirib ki, hesabatın hazırlanmasında obyektiv olmağa çalışıblar və hesabatın hüquq-mühafizə orqanlarına göndərilməsinə lüzum görmür.

Rüfət Əhmədzadə

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm