Qırmızı.az
Deputat: “Aksiya keçirmək çıxış yolu deyil“
"Problemlərdən çıxış yolunu mitinqlər və piketlər keçirməkdə görmək uğurlu yol deyil". Bunu Publika.Az-a açıqlamasında millət vəkili, professor Musa Qasımlı bir qrup Zabrat sakininin sosial problemlərlə bağlı keçirdiyi aksiyanı şərh edərkən bildirib.
Millət vəkili xatırladıb ki, istənilən ölkədə problemlərin
mövcudluğu təbii sayılmalıdır: "Sürətli inkişaf yolu götürmüş və
yeni layihələrin icra olunduğu Azərbaycanda proseslərin gedişində
bu və ya digər problemlərin olması gözləniləndir. Ancaq
problemlərin həlli üçün daha sivil və qanunauyğun yollar seçmək
lazımdır. Düşünürəm ki, həmin sakinlər qarşılaşdıqları
çətinliklərlə bağlı müvafiq icra orqanları ilə məsləhətləşmələr
aparıb, yaranmış vəziyyətdən çıxış yolunu
tapmalıdırlar".
Musa Qasımlı hesab edir ki, xırda sosial problemlərə görə
aksiyaların keçirilməsi ilə heç nəyə nail olmaq mümkün deyil:
"Əksinə, bu cür hadisələr ölkədə müəyyən dairələrin maraqlarına
xidmət edir və bəziləri bundan ölkəmizin milli maraqlarını
zədələmək naminə istifadə edə bilərlər".
Azər Niftiyev
Publika.Az
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO