100 milyon dollar verəcək, 25 il həbsdə qalacaq
Bizi izləyin

Qırmızı.az

100 milyon dollar verəcək, 25 il həbsdə qalacaq

ABŞ-ın San-Dieqo Əyalət Məhkəməsi aprelində 2-də keçirilən prosesdə məşhur meksikalı narkobaron Bencamin Arelyano Feliksə 25 il azadlıqdan məhrumetmə cəzası və 100 milyon dollar cərimə hökmü oxunub.


Publika.Az-ın "Associated Press"ə istinadən verdiyi məlumata görə, məhkəmə zamanı Feliks özünü təqsirli bilməyib.

Əyalət prokuroru Larri Berns məhkəmədə çıxış zamanı qeyd edib ki, Arelyano ABŞ və Meksikada törətdiyi cinayətlərə görə, ömürlük həbs cəzasına məhkum olunmalıdır. Onun sözlərinə görə, narkobaronun əmri ilə işləyən insanlar daha ağır hökm cəzasına məhkum olunmalıdırlar.

Feliks 6 qardaşı ilə birgə 80-cı illərin sonlarından "Tixuana" narkokartelinə rəhbərlik edib. Bu narkokartel həmçinin, "Areliano Feliksin təşkilatı" adı ilə də tanınıb. Feliksin təşkilatı Meksikadan ABŞ-a daşınan ən böyük narkotika ticarətinə rəhbərlik edirdi.

2002-ci ildə Meksikada saxlanılan Feliks 9 ildən sonra, 2011-ci ildə ABŞ-a ekstradisiya olunub.

Onun həbsindən sonra narkokartelə qardaşı Ramon rəhbərlik edir.

2000-ci ildə rejissor Stiven Soderberqin çəkdiyi və 4 "Oskar" mükafatına layiq görülən"Traffik" filmi Arelyano qardaşlarından bəhs edir.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm