Kişilərin söyləməyə utandıqları vəziyyət
Bizi izləyin

Qırmızı.az

Kişilərin söyləməyə utandıqları vəziyyət

Türkiyədə aparılan araşdırmalara görə, kişilər qadınlardan 2 dəfə çox depressiyaya düşürlər. Bunun da səbəbi hormonal dəyişikliklərdir. Digər tərəfdən cəmiyyətdə kişinin depressiyaya düşməsi müsbət qarşılanmır. Bu geniş yayılmış steorotipdir. Psixoloqlardan başqa digər həkimlər bu dioqnozu qoymaqda yanılırlar.


Bu gün qadınların depressiya mövzusunda geniş müzakirələr açdıqları halda, kişilər düşdükləri bu vəziyyəti bildirməkdən çəkinirlər. Anadolu Sağlamlıq Mərkəzinin prixoloqu Aylin Sezer depressiyadakı kişinin təhlükəli idman növünə, riskli əlaqələrə yönəldiyini deyir: "Depresiya ağıla gələn ilk zəiflik hesab olunur və kişi bu vəziyyəti özünə yaxın buraxmır. Cəmiyyətimizdə yayılan"kişi ağlamaz, üzülməz"kimi fikirlər kişilərin depressiyada olduğunu etiraf etməsinə və həkimə getməsinə mane olur. Kişi özünü pis hiss edən zaman da ətrafından yardım istəmir. Bunun əvəzinə ətrafdakılarla aqressiv davranır. Cəmiyyətdə əsəbi və gərgin görünmək kişilər üçün qəbul edilən haldır".

Psixoloqun fikrincə, kişilərdə örtülü və yaxud gizli depressiya müşahidə olunur: "Kişilər adətən əsəbi olduqları zaman, özlərinə inanmadıqlarından riskli hərəkətlər etməyə başlayırlar. Ancaq bu tip davranışlar son həddə çatdıqda kömək istəyirlər. Bu zaman müalicə üçün gec olur və yaxşılaşma qadınlara nisbətən daha uzun zaman alır".

A.Sezerin sözlərinə görə, depressiyaya düşən kişilər fiziki anlamda yad qadınlara meyl edirlər: "Bundan başqa yüksək təzyiq, prostat vəzinin xəstəliyi, başağrısı kimi narahatlıqların da səbəbi depressiyadır. Depressiya kişilərdə ürək xəstəliklərini artırır və bu xəstəlikdən ölmə hallarına daha çox rast gəlinir".


Nailə RÖVŞƏNQIZI
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm