Litsey şagirdi «ağ ölüm»ün qurbanı oldu
Bizi izləyin

Qırmızı.az

Litsey şagirdi «ağ ölüm»ün qurbanı oldu

Narkotik maddə istifadəçisi olan litsey şagirdi dünyasını dəyişib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Zonquldağda qəbul etdiyi narkotik maddələrin təsirindən səhhəti pisləşən 18 yaşlı lisey şagirdi Miraç Kefeli xəstəxanada dünyasını dəyişib.

Gəncin ödüm xəbərini alan dostları xəstəxananı bir-birinə qatıblar. Bu səbəbdən də polis xəstəxananın ətrafını mühasirəyə alıb.

Əldə olunan bilgilərə görə, İncivez məhəlləsində dostları ilə narkotik maddə qəbul edən Miraç Kefelinin vəziyyəti qəfil pisləşib. Dostlarının xəbər verməsindən sonra hadisə yerinə təcili yardım maşını gəlib. İlkin tibbi yardım göstərilən Kefeli təcili yardım maşını ilə Zonquldağ Atatürk Dövlət Xəstəxanasına aparılıb. Xəstəxanaya çatdırıldığında ürəyi duran və həkimlərin müdaxiləsindən sonra yenidən həyata qaytarılan Kefeli reanimasiyada dünyasını dəyişib.

Kefelinin ölüm xəbərini alan dostları və onun yaxınları isə xəstəxanada çaxnaşma yaratmağa başlayıblar. Buna görə də təcili yardım və reanimasiya şöbələrinin qarşısında polis əməkdaşları keşik çəkirlər. Lakin bu da mərhumun dostlarını sakitləşdirməyib. Odur ki, polis onlardan bir neçəsini avtobusa mindirərək xəstəxananın ərazisindən uzaqlaşdırıb.

Xəstəxananın rəhbərliyi isə mərhumun dostlarının tibb müəssisəsinin binasının şüşələrini sındırdıqlarını əsas gətirərək onlar barəsində şikayətçi olacağını bəyan edib.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm