Dünyanın ən yaxşı azərbaycanlı müəllimi qalib oldu
Bizi izləyin

Qırmızı.az

Dünyanın ən yaxşı azərbaycanlı müəllimi qalib oldu

ABŞ-ın sabiq prezidenti Bill Klintonun fəxri rəhbəri olduğu "Varkey GEMS" Fondu tərəfindən təsis olunmuş "Dünya Müəllimi Mükafatı"nın qalibləri sırasında yer alan Məhəmməd Qarakişiyev daha bir müsabiqənin qalibi oldu.

Publika.az-ın məlumatına görə, M.Qarakişiyev 2013/2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibləri sırasındadır.

M.Qarakişiyev Balakən rayonundakı akademik Zərifə Əliyeva adına 3 nömrəli tam orta məktəbin ingilis dili müəllimidir.

Qeyd edək ki, prezidenti İlham Əliyev 2013/2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, 2013/2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə, “Ən yaxşı müəllim” adını alan müəllimlər 5000 (beş min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılırlar.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm