Qırmızı.az
Bakının ən kiçik ticarət köşkü - FOTOLAR
Publika.az paytaxt Bakının ən kiçik ticarət köşkünü aşkar edib.
Belə ki, bu mini-mağaza Yasamal rayonunda, Azərbaycan Texniki Universitetin girişi ilə üzbəüz, Ensiklopediya Kitab Mərkəzinin yaxınlığında fəaliyyət göstərir. Taxta fanerlərlə əhatə olunmuş, hündürlüyü təxminən 1 metr, eni isə 30-40 santimetr olan köşk ağaca mismarla bərkidilib.
Onun sahibi mağazanın tavanının güclü küləyin təsirindən dağılmaması üçün köşkün üstünə bir neçə ağır daş qoyub. Köşkün balaca olmasına baxmayaraq, onun içində müxtəlif cür xırdavatlar – saqqız, peçenyelər, şokoladlar və digər şirniyyatlar, ağ kağız, çeşidli qələmlər, tələbələr üçün kurs işi, rəsmxət dəftərləri, çeşidli xətkeşlər, papiroslar, kibrit, alışqan, rəngli karandaşlar, mobil telefonlar üçün konturlar, hətta “Coca-Cola” satılır.
Satıcılardan biri ilə söhbət zamanı öyrəndik ki, köşkün sahibi 10 ildən artıqdır ərazidə alış-verişlə məşğul olub. Lakin mini-mağaza bir ilə yaxındır burada quraşdırılıb. Mağazanın sahibi hər gün axşam evə gedəndə malları da özüylə yığışdırıb aparır, səhər işə gələndə özüylə gətirir. Onun əsas alıcıları isə tələbələrdir.
Anar Tağıyev
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub