“Rəsul Quliyevin bədii açıqlamalarına münasibət bildirmək doğru deyil“
Bizi izləyin

Qırmızı.az

“Rəsul Quliyevin bədii açıqlamalarına münasibət bildirmək doğru deyil“

"Rəsul Quliyevin bədii açıqlamalarına münasibət bildirməyi doğru hesab etmirik".


Bu fikirləri Klassik Xalq Cəbhəsi Partiyasının sədri, Demokratiya Uğrunda Müqavimət Hərəkatının İdarə Heyətinin üzvü Mirmahmud Mirəlioğlu hərəkatın lideri Rəsul Quliyevin aksiyalarla bağlı açıqlamasına münasibət bildirərkən söyləyib:

"Hazırda hansısa mtiniq-aksiya məsələsini müzakirə etmirik. Aprlein sonuna da heç bir aksiya planlaşdırılmayıb. Aksiyalar barədə müzakirələr var, amma konkret aprelin sonuna heç nə yoxdur".

O qeyd edib ki, müəyyən təkliflər var və bu istiqamətdə müzakirələr davam etdiriləcək.

İctimai Palatanın aprelin 8-nə təyin etdiyi aksiyada iştirak və dəstəklə bağlı isə KXCP sədri deyib ki, belə bir təklif hələ onlara edilməyib:

"Sanki mətbuat müxalifətin əməkdaşlığı ilə bağlı məsələlərdə İctimai Palatadan daha çox maraqlıdır. Bu qurum aksiyaların kütləviliyinin təmin edilməsində mətbuat qədər maraqlı görünmür".

Rüfət Əhmədzadə
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm