Qırmızı.az
“Kamal Abdullanın əsəri üçün müraciət etməmişik“
Bakı Slavyan Universitetinin rektoru, yazıçı Kamal Abdullanın "Nobel" mükafatına namizədliyinin qeydiyyata alınması üçün müraciəti Beynəlxalq Nobel İnformasiya Mərkəzinin Qafqaz və Orta Asıya ölkələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəliyi etməyib.
Publika.Az-a açıqlamasında Beynəlxalq Nobel İnformasiya Mərkəzinin
həqiqi üzvü, Qafqaz və Orta Asıya ölkələri üzrə səlahiyyətli
nümayəndəsi Bəybala Ələsgərov Kamal Abdullanın əsərinin
namizədliyinin qeydə alınması xəbərini ilk dəfə bizdən eşitdiyini,
buna sevindiyini bildirdi: "Mənim bundan xəbərim yoxdur. Çünki
Kamal Abdullanın əsərinin "Nobel" mükafatına namizədliyinin qeydə
alınması üçün müraciəti biz etməmişik. Çox güman ki, bu müraciəti
Orxan Pamuk edib. Onun Nobel mükafatçısı kimi bu müraciətə
səlahiyyəti çatır. Amma bu təqdimat "Nobel" Komissiyasına bizim
tərəfdən də edilə bilərdi. Bunun üçün isə gərək bizə bu barədə
ədəbiyyatcılar müraciət edərdi".
Bəybala Ələsgərov deyir ki, Azərbaycandan Nobel Komissiyasına
müraciət etməzdən əvvəl onların özünə müraciət olmalıdır: "Bizə hər
hansı əsər, alim barədə müraciət ediləndə biz onun əsərlərini həmin
sahə üzrə ekspertlərə göndəririk. Onlar onun Nobelə namizədliyini
dəstəkləyirlərsə müsbət rəy veririlər. Həmin rəydən sonra
göndərəcəyimiz əsəri, alimin elmi məqaləsini rus, ingilis dillərinə
tərcümə edərək kəşflərini də həmin materiallara tikib Nobel
Komissiyasına göndəririk. Əgər namizədliyi qeydə alınırsa bu barədə
bizə məktub gəlir".
Kamal Abdulla Publika.Az-a acıqlamasında bildirmişdi ki,
Azərbaycandan indiyədək nüfuzlu ödüllə bağlı 5 müxtəlif müraciət
edilib..
Bəybala Ələsgərov təmsil etdiyi nümayəndəliyin indiyədək ədəbiyyat
sahəsində Nobel Komissiyasına müraciət göndərmədiyini bildirdi:
"Biz fizika, bir də fizioloji biologiya sahəsində Nobel
Komissiyasına müraciətlər göndərmişik. Onlar Ülvi Axundov, Telman
Əliyev, Nemət Qasımov, Ofelya Bakarovanın işləri olub. Amma
ədəbiyyat sahəsindən müraciət etməmişik. Başqa ünvandan müraciət
olunubsa bundan xəbərim yoxdur".
Bu günlərdə tanınmış yazıçı Kamal Abdullanın Nobel Komissiyasına
təqdim edilən trilogiya tipli "Sehrbazlar dərəsi", "Yarımçıq
əlyazma" və "Unutmağa kimsə yox" əsərləri "Nobel" mükafatına
namizəd kimi qeydə alınıb.
Zülfiyyə Telmanqızı
Publika.Az
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!