
Bu gün Dənizkənarı Milli Park ərazisində özünü dənizə ataraq intihar edən qız ailənin tək övladı imiş. Səbail rayon prokurorluğunun işi aparan təhqiqatçısı Allahyar Əliyevin Publik.Az-a verdiyi məlumata görə, saat qülləsinin yaxınlığında intihar etmiş şəxs Böyükşor qəsəbə sakini, 1998-ci il təvəllüdlü Bədəlova Azadə Namiz qızı 8-ci sinif şagirdidir:
"14 yaşlı qızın meyiti ekspertizaya göndərilib. Onun üzərində
zorakılıq əlamətləri aşkarlanmayıb. Ekspertiza onun bakirəliyinin
pozulmadığını da təsdiqləyib. Atası ilə ayaq üstü söhbət zamanı
öyrəndik ki, ailənin tək övladı olduğundan, onunla evdə rəftar
həmişə yaxşı olub. Valideyni gözünün yağını yedirtdiyini deyir
övladına. Odur ki, intiharın səbəbi barədə heç nə məlum deyil.
Yaxınlarının hələ ki başı qarışıq olduğundan ifadələri alınmayıb.
Amma sinif yoldaşları dindiriləcək. İntiharın səbəbləri
araşdırılacaq".
Bu gün səhər saatlarında Səbail rayon Polis İdarəsinə bulvar
ərazisində yeniyetmə qızın özünü dənizə atması barədə məlumat daxil
olub və meyit sudan çıxarılıb. Faktla əlaqədar araşdırmalar davam
etdirilir.
Zülfiyyə Telmanqızı
Publika.Az