Pənah Hüseyn: “Köhnəlmiş valı təkrar oxudurlar”
Bizi izləyin

Qırmızı.az

Pənah Hüseyn: “Köhnəlmiş valı təkrar oxudurlar”

İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn Publika.Az-a YAP icra katibinin müavini, deputat Siyavuş Novruzovun açıqlamasına münasibət bildirərkən belə deyib.


Siyavuş Novruzov Trend-ə bildirib ki, Azərbaycan müxalifəti fəaliyyətini hava ilə əlaqədar qurur: "Yəni hava sərin olanda öz qərargahlarına yığışırlar, hava istiləşəndə isə mitinq haqqında düşünürlər. Yəqin ki, yenə yay istirahətlərini xaricdən aldıqları maliyyə ilə təmin etmək üçün bir-iki mitinq keçirtmək fikrindədirlər".

Pənah Hüseynin sözlərinə görə, bu tip ittihamlara dəfələrlə cavab verilib: “Biz indi yaranmış yeni ictimai-siyasi vəziyyəti dəyərləndirir, ona uyğun hərəkət edirik. Məqsədimiz 2012-ci ildə Azərbaycanda köklü dəyişikliklərə nail olmaqdır. İctimai Palatanın hazırladığı “Yol xəritəsi” 2013-cü il prezident seçkilərinə qədərki dövrə münasibətimizi ifadə edir. Hesab edirik ki, bu islahatların həyata keçirilməsi üçün zəmin var”.

Pənah Hüseynin fikrincə, İctimai Palatanın aprelin 8-nə təyin elədiyi mitinq 2005-ci ildən bu yana müxalifətin ən böyük mitinqi olacaq: “Bu nə birinci aksiyadır, nə də sonuncu olacaq”.

Rüfət Əhmədzadə
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm