
"Bu gün hava şəraitinin pisləşməsinə baxmayaraq, Bayıl qəsəbəsi, 20-ci sahədə, sürücülük məktəbinin qarşısına təyin olunan aksiya təxirə salınmayacaq".
Bu barədə Publika.Az-a açıqlamasında Gənclərin Hüquqlarını Müdafiə
Komistəsinin (GHMK) üzvü, VHP funksioneri Samir Əsədli
bildirib.
Onun sözlərinə görə, gənclərin mitinq planında heç bir dəyişiklik
yoxdur: “Boran da olsa, çovğun da olsa, biz aksiyanı keçirməkdə
israrlıyıq. Düşünürəm ki, bizim təşəbbüsümüzə dəstək verən gənclər
də öz fikirlərində qalırlar. Gənclərin dəstəyi və marağı durmadan
artır. Bizim gözlədiyimizdən də artıq insanın aksiyaya gələcəyini
hesab edirəm”.
S.Əsədli həmin əraziyə gedən yolların bağlanması barədə yayılmış
məlumatı da şərh edib: “Bu, təxribatdan başqa bir şey deyil. Mən
həmin ərazidə oldum, hər şey qaydasındadır. Gənclərin bura
gəlməsində ciddi bir problemin olacağını güman etmirəm”.
Rüfət Əhmədzadə
Publika.Az