Metroda həyəcan: Gənc oğlan huşunu itirdi - Fotolar
Bizi izləyin

Qırmızı.az

Metroda həyəcan: Gənc oğlan huşunu itirdi - Fotolar

Bu gün saat 15:20 radələrində Bakının “Nərimanov” metro stansiyasında həyacanlı anlar yaşanıb

Bu gün saat 15:20 radələrində Bakının “Nərimanov” metro stansiyasında həyacanlı anlar yaşanıb.

“Xeberdar.az”ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, 25-30 yaşlarında bir gənc oğlan huşunu itirərək, yerə yıxılıb. Dərhal ətrafdakı insanlar və Metropoliten işçiləri ona kömək etsələr də kişinin tərpənməməsi sərnişinlərin qorxmasına səbəb olub. Gəncin bu halından narahatçılıq keçirən xanım sərnişinlər yüksək səslə ağlamağa başlayıblar. Xəstəyə dərhal metropoliten işçiləri ilk tibbi yardımı göstərib və təcili tibbi yardım çağrılıb.

Hadisə yerinə gələn həkimlər xəstəni nəzarətə götürsələr də, gənci ayıltmaq münkün olmayıb. Metropoliten işçiləri və ətrafdakı insanların köməyilə dərhal gənc oğlan xəstaxanaya aparılıb. Sərnişinin səhhəti haqqında dəqiq məlumat yoxdur.

Bakı Metropoliteninin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, telefona cavab verən olmadı. Günün sonuna qədər sərnişinin səhhəti ilə bağlı səlahiyyətli şəxslərdən məlumat almağa çalışacağıq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm