Qırmızı.az
Prezident alimləri təbrik etdi
"Sivilizasiyaların qovuşuğunda yerləşən qədim mədəniyyət mərkəzi Azərbaycanda elmin çoxəsrlik tarixi və ənənələri vardır. Xalqımızın dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi mütəfəkkir alimlər antik dövrün elmi nailiyyətlərinin Avropaya çatdırılmasında özünəməxsus rol oynamış, mədəniyyətlərarası dialoqun qurulması, bəşər və dövr arasında mədəni-elmi varislik ənənələrinin qorunub saxlanması işinə misilsiz töhfələr vermişlər".
Publika.az xəbər verir ki, bunu Prezident İlham
Əliyev Azərbaycan Alimlərinin I Qurultayının iştirakçılarına
müraciətində deyib.
Müraciətdə deyilir: "Hörmətli qurultay iştirakçıları! Sizi
Azərbaycan Alimlərinin I Qurultayının işə başlaması münasibətilə
ürəkdən təbrik edir, hər birinizə cansağlığı, ölkəmizin gələcəyi
naminə fəaliyyətinizdə uğurlar arzulayıram! Milli Elmlər
Akademiyasının, universitetlərin və digər elmi qurumların təşkili
Azərbaycan elminin dünya elm məkanına inteqrasiyasına əlverişli
zəmin yaratmışdır. Elm müasir cəmiyyət quruculuğunu təmin edən əsas
amil kimi bu gün də müstəqil Azərbaycanın dövlət siyasətinin
prioritet sahələrindəndir.
Qurultayınız ölkəmizdə sosial-iqtisadi, mədəni-mənəvi tərəqqi
istiqamətində quruculuq işlərinin müvəffəqiyyətlə aparıldığı dövrə
təsadüf edir. İnanıram ki, bu ilk məclisiniz qloballaşma dövrünün
yeni-yeni çağırışlarına cavablar axtaracaq və milli-elmi
potensialımız ölkənin dinamik yüksəlişi naminə yeni innovativ
prinsiplər əsasında sərhədlər qurulması naminə mühüm addım təşkil
edəcəkdir”.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, biliklərə əsaslanan cəmiyyətin formalaşdırılması və insan kapitalına investisiyaların qoyuluşu yaxın perspektiv üçün başlıca strateji məsələlərimizdən biridir: "Bütün bunlar yüksəkixtisaslı insan resursları, yeni elmi yanaşmalar və çevik innovasiya fəallığı tələb edərək Azərbaycan elmi qarşısında tamamilə yeni vəzifələr irəli sürür. Əminəm ki, ilk qurultayınızda bununla əlaqədar səmərəli fikir mübadiləsi və müzakirələr aparılacaq, respublikamızın gələcəyi baxımından böyük əhəmiyyətə malik fəaliyyət proqramı qəbul olunacaqdır".
Müraciətin mətnini Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə oxuyub.
Gülxar
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ