Akif Əlizadə təhsil proqramlarındakı problemlərdən danışdı
Bizi izləyin

Qırmızı.az

Akif Əlizadə təhsil proqramlarındakı problemlərdən danışdı

“Təhsil proqramları müasir tələblərə tam cavab vermir. Tələbələrin biliyini intensiv artırmaq üçün yeni texnologiyaların tədrisinə böyük ehtiyac yaranıb. Bu cür proqramlar elmlə təhsil arasında əlaqələndirici körpü rolunu oynaya bilər”.

Publika.az-ın məlumatına görə, bu sözləri AMEA Prezidenti Akif Əlizadə deyib.

“Bugünkü tələbələr bəzi hallarda müəyyən qədər köhnəlmiş metodikalarla qarşılaşanda istər təbiət, istərsə də humanitar elmlərə geniş planda lazımi diqqət göstərmirlər”.

O, bu problemin aradan qaldırılması üçün müzakirələr təşkil edilməli olduğunu bildirib. A.Əlizadə onu da vurğulayıb ki, belə tədbirlərdən biri kimi ölkə rəhbərliyinin dəstəyi ilə Akademiyada magistratura təhsilinin təşkilinə artıq start verilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm