Qırmızı.az
İlham Əliyev: “Bakıda Olimpiya oyunlarının keçirilməsi üçün tam hazırıq”
Publika.Az-ın Prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Astara Olimpiya İdman Kompleksinin açılışı zamanı söyləyib.
Prezident Azərbaycanda beynəlxalq yarışların keçirilməsinin ənənəyə
çevrildiyini deyib. Prezident qeyd edib ki, Azərbaycan 2020-ci ilin
Olimpiya oyunlarının Bakıda keçirilməsi üçün müraciət edib, hazırda
bu müraciətə baxılır. Onun sözlərinə görə, Bakı Olimpiya
oyunlarının keçirilməsi üçün bütün imkanlara malikdir.
Bunu Azərbaycan vətəndaşlarının da istədiyini bildirən Prezident
qeyd edib ki, beynəlxalq qurumların keçirdiyi rəy sorğusuna görə,
əhalinin 95 faizi Olimpiya oyunlarının Bakıda keçirilməsini
dəstəkləyir.
Ölkədə təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təmin
edildiyini deyən ölkə başçısı bildirib ki, Azərbaycandakı sabitlik,
ictimai-siyasi asayiş Olimpiya oyunlarının burda keçirilməsi üçün
mühüm amildir: “Bakıda Olimpiya oyunlarının keçirilməsi üçün tam
hazırıq və deyə bilərəm ki, bizim bu istəyimiz, eyni zamanda,
ölkəmizin gücünü göstərir”.
Prezident ölkənin digər sahələrdəki uğurlarından, həyata keçirilən
layihələrdən də danışıb.
Səfərdə olduğu Astara rayonunda son illər ərzində 20-dən çox məktəb
tikildiyini, Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmirdən sonra
açıldığını, Olimpiya Mərkəzi yaradıldığını, kənd yollarının qaydaya
salındığını bildirib.
Ölkənin beynəlxalq mövqelərinin möhkəmləndiyini qeyd edən dövlət
başçısı Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini
dünya ictimaiyyətinin etimadı və rəğbəti olduğunu vurğulayıb.
Prezident hər bir bölgənin gələcək inkişafı ilə bağlı konkret
planlar olduğunu, 2013-cü ilin sonuna qədər bütün bölgələrdə
qazlaşdırma layihələrinin maksimum dərəcədə başa çatmasına nail
olunmasının vacibliyini bildirib.
Hazırda Bakı-Astara magistral avtomobil yolunun inşa edildiyini
deyən İlham Əliyev yaxın illərdə bu yolun açılacağını qeyd
edib.
Prezident deyib ki, Azərbaycan müstəqil siyasət aparır, heç kimdən
asılı deyil, bundan sonra da belə davam edəcək. Azərbaycanın
bölgədə sabitləşdirici rol oynadığını vurğulayan dövlət başçısı
dünya birliyi tərəfindən ölkəmizin fəaliyyətinin təqdirlə
qarşılandığını bildirib.
Publika.Az
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI