Qırmızı.az
Qabil Hüseynli: “Rusiya Azərbaycana təzyiq edə bilməz“- MÜNASİBƏT
Bu barədə Publika.Az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib: "Bizim Abxaziyadakı separatçı rejimə hər hansı pozitiv münasibətimiz ermənilərin Qarabağda qurduqları separatçı rejiməm qarşı münasibətdə də dəyişiklik tələb edə bilər. Bizim Dağlıq Qarabağ problemimiz var. Bunu da hamı başa düşür. Həm də, biz xarici siyasətimizi Rusiyanın istəklərinə görə qurmuruq. Rusiya orada haqsızlıq edir, öz oyuncaq rejimini yaradıb, dünya səviyyəsində də bu rejim qəbul olunmur".
Q.Hüseynli Rusiyanın Abxaziya və Cənubi Osetiya ilə bağlı
Gürcüstana göstərdiyi münasibətin Qarabağ məsələsində Azərbaycana
qarşı sərgilənməsini hələlik real saymır: "Bu məsələlər mahiyyətcə
bir-birinə oxşayır, çünki bu münaqişələr Rusiya tərəfindən regionda
yardılıb və Moskva etnik qarşıdurma yaradaraq, regionu nəzarətdə
saxlamağa çalışır. Lakin Azərbaycan Rusiya ilə münaisbətlərini
Gürcüstan qədər korlamır və eyni aqressiyanı sərgiləmək üçün Kremlə
şərait yaratmır. Eyni zamanda Qarabağ məsələsi beynəlxalq səviyyədə
hüquqi qiymətini alıb və rəsmi Moskva hər hansı ciddi addım ata
bilməz. Onun hər hansı addımı dünyada qınaqla qarşılanar və Rusiya
asanlıqla öz sözünü keçirə bilməz".
Politoloq istisna etmir ki, Azərbaycan silahlı qüvvələri cəbhə
xəttini keçdiyi təqdirdə Rusiya tərəfindən aqressiv münaisbət
görülə bilər: "Hələ ki, bu dövlət regionda təhlükəli bir qüvvədir,
amma zamanla zəifləyir, onun regionda tutduğu mövqe də geriləməyə
doğru gedir".
Rüfət Əhmədzadə
Publika.Az
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub