Sabir Rüstəmxanlı: "İcra başçıları prezidentdən nümunə götürsünlər"
Bizi izləyin

Qırmızı.az

Sabir Rüstəmxanlı: "İcra başçıları prezidentdən nümunə götürsünlər"

Yerlərdəki məmurlar, rayon icra hakimiyyətlərinin başçıları prezidentdən nümunə götürməlidirlər.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, bunu İnsan Hüquqları üzrə müvəkkilinin 2011-ci il üzrə illik məzruzəsindən sonra VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib: “Biz bu məclisdə məmur özbaşınalığı haqqında çox danışmışıq. Bu gün həmin məsələyə bir daha qayıtmaq istəyirəm. Bir vaxtlar bu divarların arasında rayon rəhbərlərini balaca padşahlar adlandırmışdım. İndi onların özbaşınalığı padşah sözünün hüdudlarına sığmır”.

Deputat vurğulayıb ki, bəzi başçılar öz rayonlarının sakinlərini insan yerinə qoymur, onları qəbul etmir, şikayətlərini aylarla cavablandırmır və hətta küçədə rastlaşanda salamlarını da almırlar:“Hüquq pozuntusundan danışarkən mənim belə uzaqlara, yəni rayonlara getməyimə ehtiyac yoxdur. Elə götürək bu məclisin özünü. Millət vəkillərimizin böyük bir hissəsi qanunlarımıza sayğısızlıq göstərərək, ciblərində deputat vəsiqəsi daşıya-daşıya bizneslə məşğul olur və xalqın verdiyi səlahiyyəti öz şəxsi bizneslərinin inkişafına sərf edirlər”.

S.Rüstəmxanlı bildirib ki, məmur və xalq münasibətlərində prezident İlham Əliyevin fəaliyyəti onun tabeliyində olanlara nümunə olmalıdır: "Prezident rayonları gəzir, adamlarla və dövlət məmurları ilə görüşür, onlara görülən işlər barədə hesabat verir. Bu bir yüksək mədəniyyət əlamətidir. Halbuki daha çox həmin adamlar öz gördükləri və görmədikləri işlər barədə prezidentə hesabat verməlidirlər. Bəzi icra başçıları bundan heç bir nəticə çıxarmırlar” -, deyə millət vəkili bildirib.


Rüfət Əhmədzadə

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm