
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Baş katibi H.H.Konkolevskinin dəvəti ilə İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə səfər edib.
Fondun ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.Az-a verilən
məlumata görə, səfər zamanı ötən il Bakı şəhərində açılımış
BSTA-nın Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzinin fəaliyyəti,
o cümlədən BSTA-nın siyasi dəstəyi ilə Azərbaycan Respublikasında
sosial sığorta-pensiya sahəsi üzrə regional tədqiqat və tədris
mərkəzinin yaradılması məsələlələri müzakirə olunub.
Daha sonra Azərbaycan nümayəndə heyəti BSTA-nın təşkilatçılığı ilə
Fransanın Sent Etyen şəhərində yerləşən sosial müdafiə sahəsinin
müxtəlif məsələləri üzrə ixtisaslaşmış Milli Sosial Təminat
Məktəbinin işi, tədqiqat və tədris proseslərinin təşkili ilə
yaxından tanış olub.
Azərbaycan Respublikasında sosial sığorta-pensiya sahəsində həyata
keçirilən islahatlar və əldə olunmuş nəticələrlə bağlı DSMF sədri
S.Müslümov isveçrəli və fransalı mütəxəssislərin çoxsaylı
suallarını cavablandırıb və BSTA-nın Mətbuat Xidmətinin xahişi ilə
Assosiasiyanın “Uğurlu təcrübələr” proqramı çərçivəsində video
müsahibə verib.
Publika.Az