"Azadlıq prospekti" metrosunun yanında dəhşətli partlayış, yaralılar var - FOTOLAR, VİDEO - YENİLƏNİB - 9
Bizi izləyin

Qırmızı.az

"Azadlıq prospekti" metrosunun yanında dəhşətli partlayış, yaralılar var - FOTOLAR, VİDEO - YENİLƏNİB - 9

Artıq Bakıda baş verən dəhşətli partlayışın videosu da yayılıb. Publika.Az xəbər verir ki, hadisənin şahidləri dəhşətli kadrların yer aldığı videonu İnstaqramda paylaşıblar. Sizə həmin videonu təqdim edirik:

***

11:16

"İstanbul" xəstəxanasından "Axar.az"a verilən məlumata görə, xəsarət alanlar 1961-ci il təvəllüdlü İbadova Afiyət və Ağayeva Səadətdir.

Səadət Ağayevanın partlayış baş verən an yaxınlıqdan keçəv marşrut avtobusunda olduğu bildirilir. Partlayışın təsirindən sıçrayan daş avtobusun şüşəsini qıraraq ona dəyib.

Hazırda rentgen müayinəsindən keçirilir.

İbadova Afiyət isə üzünün sol nahiyəsində II dərəcəli yanıq xəsarəti və sol alın nahiyəsinin travması ilə Musa Nağıyev adına Təcili Tibbi Yardım Xıəstəxanasına aparılıb.

***

11:06

Partlayış nəticəsində ətrafdakı obyektlərə və maşınlara ciddi ziyan dəyib. Publika.Az-ın fotoqrafı Nuron ərazidəki dağıntıları əks etdirən fotoları çəkə bilib.

Sizə həmin fotoşəkilləri təqdim edirik:

***

Partlayış nəticəsində xəsarət alan 3 nəfər həmin ərazinin yaxınlığında yerləşən "İstanbul" klinikasına gətirilib. Xəstəxanaya gətirilənlər orta yaşlı qadınlardır.

Onlardan birinə kəllə-beyin travması diaqnozu qoyulub.

Xəsarət alanların kimlikləri müəyyənləşdirilir.

***

11:02

Hadisə zamanı ərazidən keçən 13 nömrəli avtobusa da ciddi zərər dəyib. Publika.Az-ın hadisə yerindəki əməkdaşı bildirir ki, bir sərnişinin qolu sınıb. ətraflı məlumat veriləcək

***

10:59

“Metronun fəaliyyəti normaldır”.

Bunu “Axar.az”a açıqlamasında Bakı Metropoliteninin Mətbuat Xidmətinin rəhbəri Nəzakət Tarıverdiyeva deyib. O, baş verən partlayışın metroya aid olmadığını deyib:

“Bu, “Azadlıq prospekti” metrostansiyası yaxınlığında olub. Metroya heç bir aidiyyəti yoxdur. Metroya təsiri də müşahidə olunmayıb. Partlayışdan sonra insanlar elə biliblər ki, zəlzələdir. Amma sonradan səbəb aydınlaşıb. Hazırda metro öz normal iş rejimini davam etdirir”.

Partlayışın təsiri əsasən Süleyman Sani Axundov küçəsindəki 1b və 3b binalarına hiss olunur. Həmin binalara ciddi ziyan dəyib.

***

10:52

Binəqədi Rayon İcra Hakimiyyətinin səlahiyyətlisi "Axar.az"ın əməkdaşına bildirib ki, partlayan bu böyük obyekt Binəqədi rayonunun keçmiş icra başçısı Alı Qocayevə məxsus tikilidir. Obyektin hansı məqsədlə ucaldıldığı bəlli deyil. Bir müddət əvvəl Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qərarı ilə obyektin tikintisinin tamamlanması dayandırılıb.

Əməkdaşımız qeyd edir ki, "Şahənşah" Şadlıq Sarayına güclü ziyan dəyib: havaya sıçrayan mişar daşlarının qırıntıları sarayın pəncərələrini qırıb. Yaxınlıqdakı binaların pəncərələrinin də qırıldığı bildirilir.

***

10:45

Bu dəqiqələrdə "Azadlıq" metrostansiyasının yaxınlığındakı "Şahənşah" restoranının yaxınlığındakı tikilidə qaz sızmasından partlayış baş verib.

"Axar.az"ın hadisə yerində olan əməkdaşının xəbərinə görə, kafenin və tikilinin qarşısındakı maşınlara ciddi ziyan dəyib. Hazırda hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar. Xəsarət alanların olduğu bildirilir.

Bir qadının ciddi xəsarət aldığı və təcili-tibbi yardım maşınına qaldırılaraq, xəstəxanaya göndərildiyi müşahidə edilib.

***

Bu dəqiqələrdə "Azadlıq" metro-stansiyasının yanında partlayışın baş verdiyi bildirilir.

"Axar.az"ın hadisə yerinə yaxın ərazidən keçən əməkdaşı xəbər verir ki, metroda güclü partlayış səsi eşidilib,

tüstü yüksəlib. Yaxın dəqiqələrdə ətraflı məlumat verməyə çalışacağıq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm