Nazirdən saxta diplomlarla bağlı sərt AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Nazirdən saxta diplomlarla bağlı sərt AÇIQLAMA

Bu sözləri təhsil naziri Mikayıl Cabbarov jurnalistlərin saxta diplomlarla bağlı sualını cavablandırarkən deyib

"Saxta diplomlarla bağlı Təhsil Nazirliyinin mövqeyi qəti və birmənalıdır. Bu hal təhsil sistemində baş verməməlidir. Bunların işıqlandırılmasında iki məsələ fərqlənir. Birinci məsələ ondan ibarətdir ki, hər bir sənəd saxtalaşdırıla bilər (əgər onları sənəd adlandırmaq olarsa), mülkiyyət hüququ haqqında şəhadətnamə, diplom və s. Bu birbaşa olaraq təhsil sahəsinə aid olan məsələ deyil".

Bu sözləri təhsil naziri Mikayıl Cabbarov jurnalistlərin saxta diplomlarla bağlı sualını cavablandırarkən deyib.

Nazirin sözlərinə görə, sənəd məsələləri müvafiq cinayət qanunvericiliyi ilə tənzimlənir:

“Bu hallara tamamilə fərqli prizmadan yanaşılır. Bu məsələlərə baxılmalıdır, bu faktlar aşkarlanarkən sənədin saxta sürəti çıxarılır yaxud da, saxta sənəd qanuni kimi verilir. Təhsil Nazirliyi saxta diplom dedikdə məhz bu məsələni nəzərdə tutur. Hər bir dövlət orqanı kimi belə hallarla rastlaşarkən istər işəgötürən, istərsə də təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən bir qurum kimi həmin fakt, məlumatları müvafiq dövlət qurumuna ötürürük. Gələcəkdə də bu proses davam edəcək. İkinci məsələ qanuni diplomların qanun pozuntuları ilə verilməsidir. Diplom sənəd olaraq qanunidir, dövlət tərəfindən hazırlanıb, lakin diplomun verilməsində qanun pozuntuları baş verir. Hüququ olmayan insana bu sənəd verilir. Bu birbaşa olaraq təhsil sistemində baş verən proseslərlə əlaqəlidir”.

Nazir onu da vurğulayıb ki, hər iki pozuntu ilə bağlı nazirliyin mövqeyi birmənalıdır. Gələcəkdə də belə hallar baş verərsə, müvafiq tədbirlər görüləcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm