ANS-in aparıcısı işdən çıxdı
Bizi izləyin

Qırmızı.az

ANS-in aparıcısı işdən çıxdı

ANS telekanalının “Xəbərçi” proqramının aparıcısı Aysel Zahidqızı çalışdığı şirkət ilə yollarını ayırıb. Bu haqda xəbəri aparıcı özü sosial şəbəkədə paylaşıb.

“İnsan özünün böyüdüyünü ciddi qərarlar verəndə, həyatını dəyişə biləcək addımlar atanda daha çox hiss edir. Bu gün ANS-də sonuncu iş günümdür. Yeni ilə ümidlərim böyükdür. İri addımlarla irəli…”

Məsələnin nə qədər həqiqi olmasını araşdırmaq üçün tabloid.az aparıcı ilə əlaqə saxladı. Aysel Zahidqızı həqiqətən də işdən öz ərizəsi ilə ayrıldığını təsdiqlədi.

“4 ilə yaxındır ANS-də işləyirəm. Bura mənə çox doğmadır. İşdə vaxtımın əksər vaxtını keçirirəm. Dostlarımdan, sevdiyim işdən ayrılmaq, əlbəttə, çətindir. Amma ki, qismət…”

Aparıcı onu da əlavə edib ki, xarici şirkətlərdən birinə işə düzəlib və jurnalistika fəaliyyətini orada davam etdirəcək.

Qeyd edək ki, Aysel Zahidqızı ANS-də fəaliyyətinə 2011-ci ildə “Salam, Azərbaycan” verilişinin aparıcısı kimi başlayıb. Bu il isə Amerika və Böyük Britaniyada televiziya işin daha dərindən öyrənmək üçün kurslarda iştirak edib və diploma layiq görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm