Qırmızı.az
Azərbaycan və Bəhreyn hərbi əməkdaşlıq planı imzaladılar
Bəhreyn Krallığında rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Bəhreyn Müdafiə Qüvvələri Qərargahında Müdafiə Qüvvələrinin baş komandanı, feldmarşal Şeyx Xəlifə bin Əhməd Əl Xəlifə tərəfindən qarşılanma mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, geniş tərkibdə keçirilən görüşdə ölkələrimiz arasında dostluq və hərbi əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə edilərək mövcud əlaqələr və ümumi maraq doğuran məsələlər müzakirə olunub.
Görüşdən sonra birgə hərbi əməkdaşlığın fəallaşdırılması və genişləndirilməsini nəzərdə tutan ikitərəfli əməkdaşlıq planı imzalanıb.
Sonra Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Bəhreyn Kral Hərbi Hava Qüvvələri və Bəhreyn Kral Hərbi Dəniz Qüvvələri komandanlıqlarında olaraq hərbi hava və hərbi dəniz bazalarını, o cümlədən hərbi tibb müəssisələrini ziyarət edib.
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi