Rektor: “3 gün sonra geri qayıdanda görürsən ki, nə qədər dəyişiklik var” – FOTO
Bizi izləyin

Qırmızı.az

Rektor: “3 gün sonra geri qayıdanda görürsən ki, nə qədər dəyişiklik var” – FOTO

“Mən çox ölkələrdə olmuşam. İnanın ki, sürətli inkişafına görə Azərbaycana çatan ölkə olmaz”.

Publika.az-ın məlumatına görə, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov bu gün Bakıda Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə layihələri olan “İnnovativ idarəetmə məktəbi”nin açılış mərasimində çıxışı zamanı bildirib.

Daha sonra rektor U.Ələkbərov gənclərə üz tutaraq deyib ki, bu dövlətin və prezidentin qədrini bilin: “Bu gün ölkədən çıxıb gedirsən, 3 gün sonra geri qayıdanda görürsən ki, Bakıda nə qədər dəyişiklik, inkişaf var. Bunların hamısı elə-belə olmur. Ortada böyük zəhmət, iş var. Bu gün Azərbaycan dövləti sürətlə inkişaf edir. Ölkə iqtisadiyyatı və əhalinin rifahı ildə-ilə daha da yaxşılaşır. Bu, təkcə mənim fikrim deyil. Bu, BMT-nin İnkişaf Proqramı tərəfindən nəşr edilən "İnsan İnkişafı Hesabatı"nda da əksini tapıb”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm