Qırmızı.az
Niyə cinayət törədirlər?
Niyə cinayət törədirlər?
Orta Afrika Respublikasında müsəlman və xristian qrupları arasındakı gərginlik davam edir. Paytaxt Banguidə müsəlmanların yaşadığı məhəllədəki məscid xristian dəstələrinin hücumundan qaçan yüzlərlə müsəlmana sığınacaq olub.
Məscidi ziyarət edən bir müxbirə illərlə xristianlarla yaşadığını və adının Marriam olduğunu deyən yaşlı bir qadın xristianlar haqqında “Onların ağılını kim zəhərləyib ki, bu cinayətləri törədirlər?” deyib. Bir ağacın altında əşyaları ilə oturan və sözlərinə göz yaşları ilə davam edən Marriam, “Bu bizim ölkəmizdir, amma getməyimizi istəyirlər və əks halda bizi öldürəcəklərini deyirlər” deyib.
Əksəriyyəti müsəlmanlardan ibarət olan məscid yemək hazırlayan qadınlar, oyun oynayan uşaqlar və günorta namazına hazırlaşan kişilərlə doludur. İmam Əhməd Tijaninin sözlərinə görə, məscidə sığınanların sayı daim dəyişir. Bölgəyə hücum olanda burada qalanların sayı 500-700 arasında dəyişir.
Sözün əsl mənasında qaçqın düşərgəsini xatırladan məscidin qarşısında içi əşyalarla dolu maşınlar hazır gözləyir. Yəqin ki, bu maşınlar Çad və Kameruna getmək üçündür.
“Bura etibarlıdır”
Məsciddə özünü etibarda hiss etdiyini deyən Fatimə Mahamat bir gecə xristianların hücumundan sonra evindən qaçdığını bildirib. Həmçinin xristian qrupların evini yağmaladığını da qeyd edib.
Ölkənin əksəriyyətini təşkil edən xristianlar müsəlmanları keçmiş Seleka üsyançılarını dəstəkləməkdə günahlandırır.
“Burada müsəlman qalmaya bilər”
Beynəlxalq təşkilatların Orta Afrika Respublikasındakı vəziyyətlə bağlı xəbərdarlıqları son vaxtlar daha da çoxalıb. Müsəlmanlarla xristianlar arasındakı qarşıdurmanın ölkəni böyük bir fəlakətə aparacağı açıqlanıb. Vətəndaş müharibəsi bu formada davam etsə ölkənin 15%-ni təşkil edən müsəlman əhali Orta Afrika Respublikasını tərk etmək məcburiyyətində qalacaq.
Nərgiz
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!