Aydın Mirzəzadə Qış Liderlik məktəbinin iştirakçıları ilə görüşdü
Bizi izləyin

Qırmızı.az

Aydın Mirzəzadə Qış Liderlik məktəbinin iştirakçıları ilə görüşdü

Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) həyata keçirdiyi VIII Möcüzə-Qış Liderlik Məktəbinin iştirakçılarının Milli Məclisin deputatı Aydın Mirzəzadə ilə görüşü keçirilib.

Publika.Az-ın verdiyi xəbərə görə, keçirilmiş görüş çərçivəsində Aydın Mirzəzadə Azərbaycanın inkşaf yolu, həyata keçirilən gənclər siyasəti və onun uğurlarından söz açıb. A.Mirzəzadə ilə baş tutan görüşün ikinci hissəsində deputat iştirakçıların suallarını cavablandırıb.

Qeyd edək ki, 28 ali və orta ixtisas təhsil müəssisəsindən 100 tələbənin iştirak etdiyi VIII Möcüzə-Qış Liderlik Məktəbi Tovuz rayonunda 10-16 fevral tarixlərində həyata keçirilir.

Layihə çərçivəsində iştirakçıların müxtəlif sahələr üzrə digər mütəxəssislərlə də görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm