Qırmızı.az
Şəkidə 30 yaşlı gənci tok vurdu
Şəkidə 30 yaşlı kişi bədbəxt hadisə nəticəsində
ölüb.
Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala
bürosuna verilən məlumata görə, rayonun Aşağı Göynük kənd sakini,
1984-cü il təvəllüdlü Azər Abdulla oğlu Mahmudov dekabr ayının 30-u
axşam saatlarında elektrik cərəyanı vurması nəticəsində şok
vəziyyətdə xəstəxanaya daxil olub. Həkimlərin göstərdiyi səylərə
baxmayaraq 30 yaşlı Azər Mahmudovun həyatını xilas etmək mümkün
olmayıb. Azər Mahmudov xəstəxananın reanimasiya şöbəsində ölüb.
Məlumatda bildirilir ki, yaşadığı evin çardağında elektrik
naqillərini təmir edən Azər Mahmudovu elektrik cərəyanı vurub.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi