Polis əyləncə məkanlarında yoxlamalara başladı
Bizi izləyin

Qırmızı.az

Polis əyləncə məkanlarında yoxlamalara başladı

Polis yeni il gecəsi bar və disko klublarda əməliyyat keçirib. Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Şanlıurfada baş tutan əməliyyata 1500 nəfər polis əməkdaşı cəlb olunub.

Əməliyyat zamanı məlum olub ki, Şanlıurfada fəaliyyət göstərən əyləncə məkanlarında ümumilikdə 23 suriyalı qadın qeyri-qanuni çalışdırılır. Yəni onların Türkiyədə qalmaları və işləmələri üçün müvafiq icazələri yoxdur.

Şanlıurfa Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə baş tutmuş əməliyyat zamanı Şanlıurfadakı bütün bar və diskotekalara polis basqınları təşkil olunub. Qanunsuz fəaliyyət göstərən obyektlərin qapısı möhürlənib, sahibləri isə cərimələnib. Əyləncə məkanlarında müştərilərə intim xidmət göstərən qadınlar barəsində isə inzibati cəza tədbirləri görülülüb.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm