Qulini söyən oğru bıçaqlandı və deportasiya edildi
Bizi izləyin

Qırmızı.az

Qulini söyən oğru bıçaqlandı və deportasiya edildi

Minsk hava limanında Belarus polisi tərəfindən saxlanılan 39 yaşlı qanuni oğru Laşa Celadze (Raça) dekabrın 31-də bu ölkədən deportasiya olunub.

Aznews.az xəbər verir ki, Minskə iz itirmək üçün gedən qanuni oğrunun əsas getmək istədiyi ünvan Moskva olub. Burada o, Gürcüstanda ona edilən hücumu təhlil etmək üçün oğru dəstəni toplamaq istəyib.

Əldə olunan məlumata görə, dekabrın 9-da evinə gedən Raçaya iki naməlum şəxs hücum edib. Onlardan biri dərhal qanuni oğrunun qarın nahiyyəsindən bıçaq zərbəsi endirib. İkinci zərbənin qarşısını Raça bıçağı barmaqlarıyla tutmaqla alıb.

Üçüncü zərbə isə boynunda olan qızıl medalyona tuş gəlib. Sonda hücum edənlərin məqsədlərinə çatmasına yaxınlıqdan keçən polis maneəçilik törədib.

Aşkar edilib ki, hücumdan bir gün öncə Raça oğru dostları ilə birlikdə olub. Burada o, Nadir (Lotu Quli) və Namiq Səlifov qardaşları haqda xoşagəlməz fikirlər səsləndirib. Dərhal da Raçanın dedikləri qardaşlara çatdırılıb. Celadze ilə Səlifovlar arasında münaqişə əvvəlcədən də mövcud olub.

Bu münaqişədə Raçanın tərəfini azərbaycanlı qanuni oğru Cavid Məmmədov (Dato Ağcabədinski) saxlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm