Qırmızı.az
Pedoqoji kollecin direktor əvəzi rüşvət alarkən yaxalanıb
Ucar rayon sakininin Ağcabədi Pedaqoji Kollecinin direktor əvəzi Sahib Hüseynovun qanunsuz hərkətlərə yol verməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş müraciəti üzrə təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, kollecin direktor əvəzi Sahib Hüseynovun qış imtahan sessiyası zamanı imtahanlardan müvəffəq qiymətlər alması üçün ona müraciət etmiş 4-cü kurs tələbəsindən 11 fevral 2013-cü il tarixdə 450 manat məbləğində rüşvəti təhsil müəssisəsinin inzibati binasında vasitəçidən istifadə etməklə özü üçün alarkən cinayət başında yaxalanmasında və qeyd edilən əməli törətməsində şübhələr üçün əsaslar olduğundan fakta görə, Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
Aparılmış əməliyyat tədbirləri zamanı S.Hüseynovun üzərindən
müxtəlif əskinaslarla ümumilikdə 5.432 manat nağd pul, xidməti
otağına baxış zamanı kollecdə təhsil alan tələbələrin adları və
soyadlarının qeyd edildiyi siyahı və qarşılarında pul məbləğləri
yazılmış jurnal, 59 ədəd plastik ödəmə kartı və həmin kartlara aid
açılmamış vəziyyətdə pin-kod vərəqləri, şəxsiyyət vəsiqələri,
“Ədalət və Qanun” qəzetinin redaktoru işləməsi barədə özünə aid
vəsiqə və digər sənədlər, eyni zamanda yaşadığı evdən istintaq üçün
əhəmiyyət kəsb edən sənədlər aşkar edilərək götürülüb.
S.Hüseynov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda tələbələrin adlarının qarşısında pul məbləğləri qeyd olunmuş jurnal, təqaüd kartları və əldə edilmiş digər sənədlər əsasında kollecdə sistemli rüşvət hallarının baş verməsinə şübhələr üçün əsaslar olduğundan cinayətin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO