Lənkəranda ər arvadının başını kəsdi
Bizi izləyin

Qırmızı.az

Lənkəranda ər arvadının başını kəsdi

Lənkəranda ər həyat yoldaşının boğazını kəsib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Liman şəhərində baş verib.

Belə ki, 54 yaşlı Fərhad Zaman oğlu Həbibov ailə münaqişəsi zəminində həyat yoldaşı, 49 yaşlı Zəminə Əliş qızı Həbibovaya bir neçə bıçaq zərbəsi endirib. Boğaz, qarın və sağ bilək nahiyəsindən yaralanan qadın Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Zəminə Həbibovanın həyatını xilas etmək üçün tədbirlər görülür. Fərhad Həbibov özü polisə təslim olub.

Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm