Azərbaycanda 5 uşaq anası internetdə tanıdığı oğlanla qaçdı
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda 5 uşaq anası internetdə tanıdığı oğlanla qaçdı

Azərbaycanda daha bir evli qadın başqa kişiyə qoşularaq qaçıb.

Axar.az-ın əldə etdiyi məlumata görə, bu rüsvayçı hadisə Xaçmazın Kanal kəndində baş verib. On gün bundan qabaq beş uşaq anası olan Z.D (şərti ad) internetdə tanış olduğu bildirilən şəxslə qaçıb.

Uşaqlarını yaşadığı kənddə qoyaraq evi tərk edən qadının hazırda harada olduğu bilinmir.

Məlumatda vurğulanır ki, qadının həyat yoldaşı hüquq mühafizə orqanlarında çalışır. Onun adı Axar.az-a məlum olsa da, kimliyini etika naminə açıqlamırıq.

Qeyd edək ki, bir müddət əvvəl də Qubanın Davudoba kəndində xalası oğluna ərə gedən Tamilla Baxışova iki övladını ataraq başqası ilə qaçmışdı. Ailəsi gəlinin internetdə tanış olduğu oğlanla qaçdığını açıqlayıb.

Oxşar hadisə Şabranda da baş vermişdi. Sumqayıtın Corat qəsəbəsindən olan evli İlham Atayev Siyəzən sakini, 21 yaşlı Gülər Məmmədova ilə Şabranın Uzunboyad kəndindən qaçmışdılar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm