Tanınmış jurnalist Sevinc Osmanqızıya cinayət işi açıldı
Bizi izləyin

Qırmızı.az

Tanınmış jurnalist Sevinc Osmanqızıya cinayət işi açıldı

Tanınmış jurnalist Sevinc Osmanqızıya qarşı cinayət işi açılıb. Bu barədə jurnalistin hüquqlarının mudafiəçisi Elmira Sarıyeva məlumat verib. Jurnalistə qarsı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci (böhtan atma) və 148-ci (təhqir etmə) maddələri ilə cinayət işi açılıb.

İş Nərimanov rayon Məhkəməsinin hakimi Məzahir Sadıxovun icraatına verilib. Huquq müdafiəçisinin verdiyi məlumata görə, bundan əvvəl qarşı tərəf tanınmış jurnalisti xarici xidmət orqanlari ilə əməkdaşlıq etməkdə ittiham edib.


Sevinc Osmanqızı barəsində məhkəmə iddiasını keçmiş həyat yoldaşı, Azərbaycanın «CBC» (Caspian International Broadcasting Company) telekanalının direktoru Azər Xəlilov qaldırıb.


Sevinc Osmanqızı CNN, BBC və digər aparıcı Qərb mətbuatında Azərbaycana dair verilişlərin müəllifidir. ANS-in Amerikada xüsusi müxbiri işləməzdən əvvəl televiziyanın “Xəbərlər” redaksiyasının bas redaktoru, Londonda BBC radiosunun jurnalist-prodüseri çalışıb.

"Açıq söhbət" siyasi debat proqramının moderatoru olub. Şəhid jurnalist Osman Mirzəyevin qızıdır.

(Modern.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm