AMEA institutlarına magistratura üzrə qəbul nə vaxt keçiriləcək?
Bizi izləyin

Qırmızı.az

AMEA institutlarına magistratura üzrə qəbul nə vaxt keçiriləcək?

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarına magistratura pilləsi üzrə qəbul bu il reallaşmaya da bilər.

Trend-in məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının şöbə müdiri Natiq Әliyev bu gün keçirdiyi mətbuat konfransında deyib ki, AMEA institutlarına magistratura pilləsi üzrə qəbulun aparılmasına bu qurum tərəfindən təşəbbüs göstərilib.

Bu məsələ ilə bağlı daim informasiya mübadiləsi apardıqlarını deyən N.Әliyev qeyd edib ki, artıq AMEA məsələ ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarına müraciət edib: "Bu sahədə iş görülür. Ancaq akademiyaya bu il imtahanların keçirilib-keçirilməyəcəyi bəlli deyil. Çünki hazırda bu məsələ üzərində iş aparılır. Әgər fevralın sonuna kimi işlər yekunlaşsa, bu il qəbul imtahanlarını aparmaq mümkün olacaq. Lakin işlər geciksə, qəbul gələn il həyata keçirilə bilər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm